BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8981
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2599
13021

İyunun 1-11-də ümumi təhsil pilləsində fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə növbəti milli qiymətləndirmə təşkil olunacaq.

Təhsil Nazirliyindən Valyuta.az-a verilən məlumata görə, milli qiymətləndirmənin Azərbaycan və rus bölmələri üzrə təşkili nəzərdə tutulur. Bu il keçiriləcək milli qiymətləndirmə həm əyani (seçilmiş siniflər üzrə), həm də onlayn (“Virtual məktəb” platforması üzərindən) formatda təşkil olunacaq.

İyunun 1-də başlanılacaq milli qiymətləndirmə prosesində, ilk növbədə, IV, VI və IX sinif şagirdləri əyani şəkildə müvafiq olaraq riyaziyyat, tədris dili və xarici dil, eləcə də təbiət fənləri üzrə sualları cavablandıracaqlar.

İyunun 2-də isə II-VIII və X sinif şagirdləri onlayn formatda ayrı-ayrı fənlər üzrə müxtəlif sayda tapşırıqları cavablandıracaqlar.

Qiymətləndirmədə iştirak etmək üçün “Virtual məktəb” platformasında ümumi şagird qruplarında “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən müvafiq fənlər üzrə test tapşırıqlarına cavab vermək lazımdır. Onlayn milli qiymətləndirmədə iştirak edəcək şagirdlər öz nəticələrinə testi tamamlandıqdan sonra ekrana çıxacaq “Təhlil” (Review) bölməsindən baxa bilərlər. Şagirdlərin nəticələrinin əlavə olaraq elektron poçtla göndərilməsi nəzərdə tutulmayıb.

Milli qiymətləndirmə tədqiqatında iştirak edəcək şagirdlər arasında sosial-iqtisadi vəziyyətə dair sorğu keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, milli qiymətləndirmə tədqiqatı məktəbdaxili summativ qiymətləndirmə ilə qarışdırılmamalıdır. Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün ümumi təhsil müəssisələrində aparılan tədqiqatdır. Milli qiymətləndirmənin nəticələri şagirdlərin məktəbdaxili qiymətləndirmə nəticələrinə təsir etmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Almanlar iqtisadiyyatın kritik vəziyyətindən narahatdır

Spiegel: Lufthansa Frankfurtdan Pekinə uçuşları dayandırır

Ukrayna 3 ölkəyə yeni sanksiyalar tətbiq etdi

"Legend Group" inzibati məsuliyyətə cəlb edildi

Qışda Ukraynada gündə 20 saata qədər rabitə kəsintisi gözlənilir

Çin avqustda Rusiyadan nə qədər neft və qaz alıb? - MƏBLƏĞ

"Xaliq Faiqoğlu" ilə "Az Filter" arasında nə baş verib?

Almaniyada qaçqınların sayı rekord həddə çatıb - Müharibədən sonra ilk...

"Volkswagen" 30 min işçinin ixtisarını müzakirə edir

"Sumqayıt Tibb Mərkəzi" məhkəmə qarşısında

Mərkəzi Bank bu şirkətə protokol yazdı

ABŞ və üç Avropa ölkəsi Rusiya xammalından asılıdır - KİV

Macar nazir: "Ukraynanın qaz tranzitini dayandırması bizi maraqlandırmır"

Valyuta tənzimi qaydalarının pozan şirkət cərimələndi

Avropa Ukrayna ərazisindən qaz tranzitini saxlamaq variantlarını axtarır

Rusiya ilə Aİ arasında ticarət dövriyyəsi bir il sonra ilk dəfə artdı

"Aqrar Tədarük və Təchizat" ASC 33 minlik katric alır

Büdcədən ən çox hansı sahələrə pul ayrılmalıdır? - ŞƏRH

"Azer Tech" barəsində protokol tərtib edildi

Paytaxtın bu küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Prezident Qarabağ Universitetinin və yataqxanasının açılışında (YENİLƏNİB)

Qızılın qiyməti tarixi rekordunu yenilədi

Prezident Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi

"Koç" Holdinq biotexnologiya şirkətinin 65 faizini satın aldı

Neft sənayesi işçiləri təltif edildi (SƏRƏNCAM)

Dünyanın ən ucuz şəhəri Abuca, ən bahalısı Honq-Konqdur - Siyahıda Bakıda var

Kapital Bank-dan neftçilərə qızıl kimi təklif®

“Azpul” krediti gecikdirənləri kütləvi şəkildə məhkəməyə verə bilər?

“Azpul” krediti gecikdirənləri kütləvi şəkildə məhkəməyə verə bilər?

"Yüksəliş"in qalibinə nazirlikdə vəzifə verildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin