Ötən il “Azərişıq” ASC-nin xalis mənfəəti nə qədər artıb? - HESABAT
2020-ci ildə “Azərişıq” ASC-nin xalis mənfəəti 2019-cu ilin yekunları üzrə 54 milyon 863 min manat məbləğində xalis zərərə qarşı 2,866 milyon manat təşkil edib.
Valyuta.az Cəmiyyətin 2020-ci ilə dair maliyyə hesabatına əsasən bildirir ki, onun gəlirləri 1 milyard 216,065 milyon manat (azalma 1,3% - İF), satışların maya dəyəri 1 milyard 59,595 milyon manat (2019-cu ilin göstəricisi ilə müqayisədə azalma 6,6%) təşkil edib.
2020-ci ildə “Azərişıq” ASC-nin əməliyyat fəaliyyətindən gəlirləri 22,936 milyon manat (2019-cu ildə 33,236 milyon manat məbləğində zərərə qarşı), vergi ödənilənədək mənfəəti 8,82 milyon manat (2019-cu illə 53,037 milyon manat məbləğində zərərə qarşı) təşkil edib.
Ötən il cəmiyyətin mənfəət vergisi üzrə ödənişləri 5,954 milyon manat (artım 3,3 dəfə) məbləğində olub.
2020-ci ildə “Azərişıq” ASC-nin aktivləri 2019-cu illə müqayisədə 4,7% - 2 milyard 429,825 milyon manatadək artıb. Cəmiyyətin uzunmüddətli aktivləri 2 milyard 259,361 milyon manata (artım 4%), qısamüddətli aktivləri 170,464 milyon manata (artım 15,2%) bərabərdir.
Hesabata əsasən, 1 yanvar 2021-ci il tarixinə cəmiyyətin öhdəlikləri 699,877 milyon manat (artım 5,2%) məbləğindədir.
Cari ilin əvvəlinə “Azərişıq” ASC-nin kapitalı 1 milyard 661,573 milyon manata (artım 2,5%) bərabərdir. 2020-ci ilin sonuna cəmiyyətin nizamnamə kapitalı 1 milyard 678,705 milyon manat (dəyişməyib), yığılmış zərər 382,26 milyon manat (azalma 0,7%) təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay