BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
12517

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin aprel ayı ərzində 59 şəhər və rayonda vətəndaşlara 1 milyon 476 min 971 tibbi xidmət göstərilib.

Agentlikdən Valyuta.az-a verilən xəbərə görə, bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 683 min 71 dəfə müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 milyon 259 min 230-u ambulator, 217 min 741-i isə stasionar şəraitdə göstərilib.

Agentlik hesabatların nəticələri əsasında cari ilin aprel ayında regionlar üzrə əhaliyə göstərilən tibbi xidmətlərə dair bir neçə statistik göstəricini təqdim edir:

Əhalinin hər 1000 nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir şəhəri (528), Şirvan şəhəri (246), Yevlax rayonu (204), Gəncə şəhəri (194), Ağdaş (192), Qəbələ (187), Zaqatala (186), Göygöl (186), Göyçay (171) və Xaçmaz rayonları (170).

Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (154 min 448), Gəncə Birləşmiş Şəhər Xəstəxanası (127 min 124), Xaçmaz (75 min 845), Yevlax (64 min 474), Quba (51 min 627), Ağdaş (49 min 849), Zaqatala (41 min 697), Göyçay (40 min 894), Şəki (40 min 725) və Qusar Rayon Mərkəzi xəstəxanaları (36 min 487).

Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Xaçmaz, Yevlax, Quba, Zaqatala, Ağdaş, Şəki, Göyçay və Beyləqan Rayon Mərkəzi xəstəxanaları.

Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Xaçmaz, Quba, Ağdaş, Qobustan, Qusar, Bərdə, Şirvan və Yevlax Rayon Mərkəzi xəstəxanaları.

Tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm, sidik-cinsiyyət, tənəffüs, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, habelə mamalıq və ginekologiya, sinir sistemi xəstəlikləri, gözün və onun əlavə aparatının xəstəlikləri ilə bağlı olub.

Məlumat üçün bildirək ki, ilkin hesablamalara görə, bu ilin yanvar-mart ayları ərzində 1243 nəfər dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatlarla bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilib ki, onların da 53 nəfəri uşaqlar olub. Sayca ürək və damar cərrahiyyəsi (753), oftalmologiya (165), neyrocərrahiyyə (110), urologiya (106) və travmatologiya (87) üzrə əməliyyatlar çoxluq təşkil edib. Uşaqlarda isə ürək və damar cərrahiyyəsi üzrə əməliyyatların sayı 37 olub. Qeyd edək ki, tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir.

Bu ilin aprel ayı ərzində tibbi ərazi bölmələri (TƏB) üzrə göstərilmiş tibbi xidmət sayına görə ardıcıllıq aşağıdakı kimidir:

Bərdə-Yevlax TƏB (323 min 61), Quba-Xaçmaz TƏB (208 min 460), Şəki-Zaqatala TƏB (200 min 690), Gəncə TƏB (186 min 959), Göyçay-Kürdəmir TƏB (110 min 76), Dağlıq Şirvan TƏB (103 min 678), Şəmkir-Tovuz TƏB (98 min 691), Ağdam-Ağcabədi TƏB (79 min 652), İmişli-Sabirabad TƏB (66 min 910), Lənkəran TƏB (54 min 310) və Cəlilabad-Salyan TƏB (44 min 484). 

01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən icbari tibbi sığortanın tətbiq edildiyi 59 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 577 600 nəfər təşkil edir.

Qeyd edək ki, bütün ölkə üzrə aprel ayı ərzində 557 min 152 nəfərə tibbi xidmət göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin