Şagirdlərin günüuzadılmış qrupu sentyabrdan 15 fəaliyyət göstərəcək
Ümumi təhsil müəssisələrində yaradılacaq günüuzadılmış qrupu bir sinfin, eyni paralel siniflərin və ya bir neçə sinfin şagirdlərindən təşkil ediləcək və bu zaman onların yaş xüsusiyyətləri nəzərə alınacaq.
Valyuta.az xəbər verir ki, qrupda məşğələlər sentyabrın 15-dən iyunun 14-dək aparılaparılacaq, tətil müddətləri ibtidai siniflərin tətil günlərinə uyğun, qrupda həftəlik dərs norması isə 30 saatdan çox olmayaraq müəyyən ediləcək.
Tədris ili ərzində şagirdlərin qrupdan çıxması ilə bağlı qrupda şagird sayının azalması onun fəaliyyətinin davam etməsinə təsir göstərməcək. Qrupda məktəbdəki növbəlilikdən asılı olaraq dərsdən sonrakı və ya dərsdən əvvəlki vaxtlarda şagirdlərin proqram materiallarını səmərəli mənimsəmələrinə dəstək məqsədilə ev tapşırıqlarının yerinə yetirilməsinə istiqamət veriləcək; şagirdlərə müstəqil öyrənmə bacarıqları aşılanacaq; cütlükdə və kiçik qruplarda öyrənmə təmin ediləcək.
Şagirdlərin idraki və kommunikativ bacarıqlarının inkişafına dəstək məqsədilə qrup otağındakı müvafiq dəstəkləyici mühit (əyani vasitələr, manipulyativlər, İKT vasitələri və s.) vasitəsilə biliyə və elmə maraq yaradılacaq; qrupda ünsiyyət və davranış mədəniyyəti formalaşdıran inkişafetdirici mühit təmin ediləcək; sərgilər, səhnəciklər, mütaliə saatları təşkil ediləcək.
Şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılmasına dəstək məqsədilə məntiqi və tənqidi təfəkkürünün inkişaf etdirilməsinə yönələn öyrədici oyunlar, fiziki aktivliyi təmin edən hərəki oyunlar və idman yarışları təşkil ediləcək.
Şagirdlərin dünyagörüşünün formalaşdırılmasına dəstək məqsədilə şagirdlərin yaş səviyyəsinə və maraq dairələrinə uyğun disputlar, müzakirələr təşkil ediləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay