BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.9425
  • RUB
    2.1533
  • TRY
    0.0434
  • GBP
    2.2992
11665

Ötən ilin əvvəlindən başlayaraq Azərbaycanda hər bir vətəndaşa şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentində (11 min 750 dollar) xarici valyuta satışı həyata keçirilir. Limiti aşan vətəndaşlara bildirilmişdi ki, 1 il (12 ay) ərzində bu limiti keçənlərə banklar tərəfindən xarici valyuta satışı həyata keçirilməyəcək, limit yalnız 12 ay başa çatdıqdan sonra sıfırlanacaq.

Valyuta.az-ın Marja.az-a istinadən verdiyi məlumata görə, hazırda 12 ay müddəti başa çatmış və buna görə banklara Dollar almaq üçün müraciət edən vətəndaşlara limitin Mərkəzi Bank tərəfindən sıfırlanmadığı bildirilir.

Qeyd edilir ki, bu səbəbdən şəxsiyyət vəsiqəsilə dollar alışı mümkün olmayacaq: 

“Dollar almaq üçün gəlirlər haqqında sənədlər (ev alqı-satqısı müqaviləsi, avtomobil satışının sənədləri və digər rəsmi gəlir sənədləri) təqdim edilməlidir. Təqdim edilən sənədlər Mərkəzi Banka göndərilir, qərar müsbət olarsa bank tərəfindən xarici valyuta satıla bilər. Həmçinin, əlavə məlumat almaq üçün Mərkəzi Banka müraciət etmək məsləhətdir”.

Mərkəzi Bankın Qaynar xəttinə müraciət edilən vətəndaşlara bildirilir ki, xarici valyutanın alqı-satqısının məhdudlaşdırılması ilə bağlı hər hansı bir rəsmi qərar yoxdur.

“Xarici valyutanın satılmaması ilə bağlı qərər banklar tərəfindən qəbul edilir, qərardan narazı olan hər bir vətəndaş Mərkəzi Banka yazılı formada müraciət edə bilər. Mərkəzi Bank tərəfindən limit ilə bağlı hər hansı bir rəsmi qərar yoxdur. Vətəndaş zəruri sənədləri təqdim etməklə valyuta mübadiləsini həyata keçirə bilər. Əgər sizə imtina olunubsa, yazılı formada Mərkəzi Banka müraciət edin, araşdırılma aparılsın və Sizə rəsmi cavab verilsin”, - Mərkəzi Bankın Qaynar xəttindən vətəndaşlardan birinin müraciətinə cavab olaraq bildirilib.

Banklardan qeyri-rəsmi şəkildə vətəndaşlara bildirilir ki, məhdudiyyət bankların qərarı deyil, Mərkəzi Bank tərəfindən tapşırılıb, məqsəd ölkədə dollar satışını minimuma endirməkdir.

Qısası, 2020-ci ilin əvvəlindən bu yana Azərbaycanda banklardan 11 min 750 dollar almış vətəndaş qeyri-müəyyən müddətədək şəxsiyyət vəsiqəsini təqdim edərək ABŞ valyutası ala bilməyəcək. Dollar almaq istəyən vətəndaş banka gəlirlər haqqında sənədlər təqdim etməlidir. Bu sənədləri təqdim edə bilməyənlər ABŞ valyutası əldə edə bilməyəcəklər.

Təəssüf doğuran budur ki, banklarda vətəndaşa bir rəsmi qərar təqdim edilmir. Məlumata görə, Mərkəzi Banka sənədlər ilə müraciət edən vətəndaşlara da adətən imtina cavabı verilir. Belə ki, gəlirləri və vergi ödədiyi barədə bank hesabından çıxarış sənədi təqdim edən vətəndaşa xarici valyuta satışından imtina olunur. Guya bu tədbirlər ölkədə çirkli pulların yuyulmasının qarşısının almasına xidmət edir.

Fakt budur ki, ölkədə xarici valyuta satışının məhdudlaşdırılmasına qarşı tədbirlər qeyri-peşəkar aparılır. Mərkəzi Bankın məhdudiyyətləri “qara bazar”ın yaranmasına səbəb olub. Azərbaycanda bir çox ünvanda, o cümlədən iri ticarət mərkəzlərində xarici valyutanın qanunsuz alqı-satqısı ilə məşğul olanların sayı artır. Bu şəxslərdən istənilən məbləğdə ABŞ valyutası almaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

"Swift" avtomobillərinin istehsalı dayandırıldı - Səbəbi isə...

“Şinkar Holdinq” Xocalıda 63 evin təmiri üçün 3,3 milyon alacaq

Bakıdan Qazaxa ilk dəfə sürət qatarları ilə sərnişin daşımalarına start verilir

WUF13-ün 2026-cı ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub®

Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi®

Mobil operatorların gəlirləri açıqlandı

Mobil operatorların gəlirləri açıqlandı

Qadağan olunan lüks məhsullar - SİYAHI, ÖLKƏLƏR

Fond fermerlərə 4 milyonluq ödəniş edib

Bu tarixdə şənbə günü iş olacaq

AccessBank-da yeni təyinat

"Citigroup" 3500 nəfəri işdən çıxaracaq

Çin Trampa görə "Apple"a qadağa qoydu

Metro işçiləri nə qədər qazanır?

Alimlər yeni iqlim fenomenini aşkar etdilər: Quraqlıqları iki dəfə gücləndirib

“Report”a yeni baş redaktor təyin olundu

Bu ölkədən Azərbaycana quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

Niyə Avropada kredit faizləri 3, Azərbaycanda 18-dir?

Niyə Avropada kredit faizləri 3, Azərbaycanda 18-dir?

Həkimlərə verilən əlavələr dayandırıldı

Bu ölkədən gənəgərçək yağını 6 min manata alırıq

Prezident Azərbaycan xalqını təbrik etdi

Bayram gününün hava proqnozu

Bağlanmış bankların əmanətçilərinə nə qədər vəsait qaytarılıb?

Yapon şirkəti Çinin qərarından sonra məşhur modelin istehsalını dayandırdı

Kəmaləddin Heydərov əmr imzaladı

Mərkəzi Bank yeni binanın pulunu bir ilə çıxarıb - 835 milyon manat...

Mərkəzi Bank: Bank sektorunun müddətli xarici borcu 23%-dən çox artıb

Nazir ona vəzifə verdi - FOTO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin