BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
11327

“Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) daşınmaz əmlaka ilk investisiyalar etdiyi tarixdən indiyədək 5,8 faiz, son beş il ərzində isə 4,6 faiz gəlirlilik əldə edib”.

Valyuta.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Neft Fondundan məlumat verilib.

Bildirilib ki, ARDNF investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədilə 2012-ci ildən etibarən daşınmaz əmlaka investisiyalara başlayıb:

“Daşınmaz əmlak investisiyalarının çox mərhələli proses olması, bu tip investisiyaların uzunmüddətli olması, bazarda müxtəlif iqtisadi tsiklların mövcudluğu kimi səciyyəvi cəhətlər nəzərə alınaraq ARDNF-nin daşınmaz əmlak portfeli qurulan zaman onun effektiv diversifikasiya olunmaqla dayanıqlı olması əsas götürülüb.

ARDNF ilkin olaraq daşınmaz əmlak investisiyalarını bu sahədə kifayət qədər inkişaf etmiş ölkələrin aparıcı şəhərlərinin əsas biznes mərkəzlərində yerləşən, nisbətən az riskli, sabit gəlirliliklə müşayiət olunan kommersiya təyinatlı daşınmaz əmlakların birbaşa alınması yolu ilə həyata keçirib.  ARDNF daşınmaz əmlak portfelinin coğrafi mövqe, daşınmaz əmlak aktivlərinin növü və aktivlərin risklilik dərəcəsi üzrə diversifikasiyasının təmin olunması məqsədi ilə 2015-ci ildən etibarən inkişaf etmiş bazarlarda fəaliyyət göstərən, müxtəlif strategiyalarla müxtəlif daşınmaz əmlak sektorlarına yatırım edən dünyanın qabaqcıl daşınmaz əmlak fondlarına investisiya qoyuluşuna başlayıb. 2016-cı ildən isə daşınmaz əmlaka müştərək investisiyalara başlanılıb. Daşınmaz əmlak portfelinin orta və uzun müddətli gəlirlilik göstəriciləri üzrə müsbət tendensiyalar müşahidə olunub”.

Pandemiyanın fondun gəlir həcmlərinə təsiri barədə məlumat verilərkən əlavə edilib ki, daşınmaz əmlak bazarlarında müxtəlif iqtisadi tsikllar mövcud olduğundan bəzi illərdə bazarın inkişafı aşağı düşür və bu da itkilərin olmasına gətirib çıxara bilər:

“COVID-19 pandemiyası qlobal bütün sahələrə olduğu kimi daşınmaz əmlak sahəsinə də mənfi təsir edib. Son bir il ərzində dünyanın aparıcı daşınmaz əmlak bazarlarında qiymətlərin və icarə haqlarının aşağı enməsi tendensiyası müşahidə olunub və bu sahəyə investisiyalar həyata keçirən qurumlarda olduğu kimi ARDNF-nin də daşınmaz əmlak portfelinin gəlirliliyinə təsir edib”.

Fondun ötən il satışa çıxardığı yüksək gəlirli əmlakından əldə edilən vəsaiti investisiyalara yönəldəcəyi qeyd edilib:

“ARDNF-nin investisiya portfelinə daxil olan alt portfellərin hər biri üzrə hər il müvafiq olaraq investisiya strategiyası hazırlanır və investisiyalar həmin strategiyaya uyğun olaraq həyata keçirilir. Seuldakı “Payn Avenyu A” qülləsinin satışı da adıçəkilən strategiyaya uyğun həyata keçirilmiş və əldə olunan kapital da müvafiq istiqamətli investisiyalara yönəldiləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin