BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8303
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1341
11179

Bütün şəhərlərin baş planları hazırlanır. Hesab edirəm ki, bu, ilk növbədə, Ağdam şəhərini əhatə edəcək. Ümid edirəm, may ayının sonuna qədər Ağdam şəhərinin baş planının ilkin versiyası təqdim olunacaq və əlbəttə ki, ondan sonra, o cümlədən Ağdam rayonunun ictimaiyyəti ilə birlikdə müzakirə ediləcək. Digər şəhərlərimizin də baş planları hazırlanır".

Valyuta.Az xəbər verir ki, bu fikirəri Prezident İlham Əliyev aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

"Kəndlərin bərpasına gəldikdə, burada da biz işlərimizi mərhələlərə bölməliyik. İlk növbədə, biz mövcud infrastruktura yaxın olan kəndləri bərpa etməliyik. Bu da təbiidir, çünki həm vaxt, həm səmərəlilik baxımından bu, daha məqsədəuyğundur. Ona görə Ağdam, Füzuli, Cəbrayıl rayonlarının keçmiş təmas xəttinə yaxın olan kəndlərinin bərpası ilə bağlı müvafiq göstərişlər verilib.

Xaricdən bir çox təkliflər gəlməkdədir, bir çox xarici tərəfdaşlarımız Qarabağın bərpası işində fəal iştirak etmək istəyirlər. Biz də, əlbəttə ki, bunu alqışlayırıq. Təbii ki, bütün təkliflər təhlil ediləcək və müzakirə olunacaq. Biz bu işləri maksimum səmərə ilə görməliyik ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlar üçün ən gözəl şərait yaradılsın.

Bildiyiniz kimi, Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə gedir və yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcəkdir. Üçüncü hava limanı Laçın rayonu ərazisində inşa ediləcək. Bu, bir qədər sonra baş verəcək. O bölgədə hələ ki, qar əriməyib. Hava limanı üçün nəzərdə tutulan yerdə indi praktiki işlərin görülməsi mümkünsüzdür. Gözləyirik, yəqin ki, may-iyun aylarında artıq bu istiqamətdə də işlərə start veriləcək", - dövlət başçısı deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil haqqı ilə bağlı layihə təsdiqlənib

Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi

100 min manatlıq şirkət təşkilati-hüquqi formasını dəyişir

Milli Məclis Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanunu qəbul edib

Yaşı 100 və 100-dən çox olan pensiyaçıların sayı açıqlanıb

Hansı işçiləri işdən çıxarmaq qadağandır?

Amerikada işləmək istəyənlər üçün ən yüksək maaşlı 10 peşə

Şirkətlərdə daha çox hansı işçilər ixtisara düşür?

Birotaqlı mənzillərin qiyməti niyə bahalaşır?

ARDNF-nin “Şahdəniz”dən gələn gəlirləri açıqlanıb

"Bitcoin"in cari vəziyyəti və ehtimallar

Ədalətli rəhbər necə olur?

Bakının bu məktəbində şagirdlər yay tətilinə tez buraxılacaq

Azərbaycanda BOKT digər şəxs tərəfindən satın alınıb

“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - Rəsmi açıqlama

Şəhərdə taksilər niyə yoxa çıxdı? - Sürücülər narazıdır (VİDEO)

Deputatlar 18 məsələyə görə toplaşırlar

Bitcoin və Etherium ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Bakıda vətəndaşların ölümlə üz-üzə qaldığı yol (VİDEO)

Qarabağ işğaldan azad olunandan sonra biznesi böyüyən sahibkar - MÜSAHİBƏ

Qarabağ işğaldan azad olunandan sonra biznesi böyüyən sahibkar - MÜSAHİBƏ

“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA

Avro və rubl bahalaşdı - Məzənnə

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

Şahdağa qar yağıb - Faktiki hava

1-2 otaqlı mənzillərin qiyməti bahalaşdı: “Bu tip əmlakı olanlar qeydiyyata düşə bilmirlər

Dörd rayonun qaz təchizatında fasilə yaranacaq

ChatGPT "insanlıq testində" tələbələrlə “yarışdı” – Kim daha uğurlu oldu?

Qlobal iqtisadiyyat üçün əsas risklər açıqlandı

"Sahil-A" MTK məhkəmə qarşısında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin