BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
11170
“Keçmiş sakinlərin səsləndirdikləri iddiaların heç bir əsası yoxdur”

 

Maliyyə Nazirliyi Bakının Yasamal rayonunun keçmiş “Sovetski” adlanan ərazisində vaxtilə yaşamış bir qrup sakinin səsləndirdiyi iddialara münasibət bildirib.

Nazirlikdən Valyuta.az-a bu barədə daxil olan məlumatda bildirilir ki, "Sovetski”dən vaxtilə könüllü razılıq əsasında köçmüş, indi isə tərəflərin razılığı ilə bağlanmış alqı-satqı müqavilələri əsasında satın alınan evlərinə görə onlara edilən ödənişlərin guya natamam hesablanması, evlərin düzgün ölçülməməsi, kompensasiya məbləğinin azaldılması, habelə həmin ərazidə torpaq sahələri üzrə mülkiyyət hüquqlarının pozulmasına dair bir qrup keçmiş sakinin səsləndirdikləri iddiaların heç bir əsası yoxdur.

Ərazidə alınma və köçürmə işlərini torpaqların dövlət ehtiyacları üçün alınması haqda qanunvericiliyə, o cümlədən Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq alan orqan kimi müəyyən edilmiş Yasamal Rayon İcra Hakimiyyəti (RİH) icra edib, Maliyyə Nazirliyi isə alınma işlərində nəzarət orqanı qismində iştirak etməklə prosesə nəzarət edib.

Köçürülmə ərazisinə düşən daşınmaz əmlaklar üzrə qiymətləndirmə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun olaraq, bu işlərə cəlb edilmiş müstəqil qiymətləndirici şirkət tərəfindən sözügedən ərazidə mövcud bazar qiymətləri öyrənilməklə aparılıb. Hesablanmış məbləğlər Yasamal RİH-in sakinlərlə ilkin razılaşma əldə etdikdən sonra notariat qaydada alqı-satqı müqavilələri bağlanmaqla müvafiq banklarda mənzillərin sahiblərinin adlarına açılmış hesablara köçürülüb və heç bir əlavə xərc olmadan hesablanmış məbləğlər həmin şəxslər tərəfindən bütünlüklə alınıb. Və bununla əlaqədar alqı-satqı dövründə sakinlər tərəfindən heç bir irad bildirilməyib. Hər bir sakinlə bağlanmış əqdlərin sürətləri bu gün də mövcuddur və istənilən şəxs həmin alqı-satqı müqavilələri ilə tanış ola bilər.

Vəsaitlərini götürən bütün sakinlərə evlərindən yeni mənzillərinə köçmək üçün ən azı bir ay müddət və əlavə olaraq hər bir ailəyə 1 000 manat köçmək üçün vəsait ödənilib.

Bundan başqa, köçürülmə zamanı torpaq sahələrinin onların xüsusi mülkiyyətində olmasına dair müvafiq sənədlər təqdim edən sakinlərə əlavə kompensasiya hesablanaraq ödənilib.

Maliyyə Nazirliyi bir daha bəyan edir ki, könüllü razılıq əsasında notarial qaydada bağlanan əqdlərə uyğun olaraq köçürülmüş həmin şəxslərin xeyli müddətdən sonra yenidən peyda olaraq şikayətlər səsləndirmələri, bəzi şəxslər tərəfindən koordinasiya olunaraq dövlət qrumlarının qarşısına toplaşmaları, dəfələrlə şifahi və yazılı qaydada onlara izahat verilməsinə baxmayaraq Yasamal RİH və Maliyyə Nazirliyindən əlavə vəsait tələb etmələri, mətbuatda və sosial şəbəkələrdə dövlət orqanlarına, ayrı-ayrı vəzifəli şəxslərə qarşı iradlar səsləndirmələri tam əssasızdır və həqiqəti əks etdirmir.

Bununla yanaşı qeyd olunmalıdır ki, sözügedən alqı-satqı müqavilələri hazırda qüvvədədir və onların şərtləri müqavilə tərəfləri üçün məcburi xarakter daşıyır. Qanunvericiliyə uyğun olaraq müqavilələrin, o cümlədən alqı-satqı müqavilələrinin məcburi qaydada dəyişdirilməsi və yaxud ləğv edilməsi müvafiq məhkəmələrin səlahiyyətindədir.

Eyni zamanda “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun da alınmanın təsirinə məzur qalmış şəxslərin məhkəmə müdafiəsinə təminat verir.

Göstərilənlərə əsasən keçmiş “Sovetski” adlanan ərazinin sakinləri olmuş vətəndaşlarımızı ictimai qaydanın və aşayişin pozulması ilə müşaiyət olunan destruktiv fəaliyyətdən, bir qrup şəxslərin təhriki ilə əlavə vəsait tələb etməkdən çəkinməyə çağırır və iddia tələbləri ilə bağlı müvafiq məhkəmələrə müraciət etmələrini tövsiyə edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdırmı?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin