Aqrar
17.04.2021 / 13:57
Azərbaycanın pambıq ixracı KƏSKİN ARTIB
10994
Azərbaycanın pambıq ixracından əldə etdiyi gəlir kəskin artıb.
Dövlət Gömrük Komitəsindən Valyuta.az-a bildirilib ki, 2021-ci ilin birinci rübündə ölkədən 46,8 min ton həcmində pambıq lifi ixrac edilib.
İxrac edilən bu məhsulun ümumi dəyəri 69 milyon dollara yaxın olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac həcmi 50,9 faiz, ixrac dəyəri isə 59 faiz artıb.
Qeyd edək ki, ötən ilin birinci rübündə 31 min tondan çox pambıq lifi ixracından 43,4 milyon dollar dəyərində gəlir əldə edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay