BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.9343
  • RUB
    2.1262
  • TRY
    0.0436
  • GBP
    2.3044
10959

Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilin payızlıq əkinlərinə görə fermerlərə subsidiya ödənişlərini davam etdirir. 

Nazirlikdən Valyuta.az-a bildirilib ki, qanunvericiliklə müəyyən olunmuş müddət ərzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 341413 fermer öz payızlıq əkinlərini bəyan edib. 

Daxil etdikləri məlumatlar, o cümlədən torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədləri qaydasında olan 283908 fermerin subsidiya almaq üçün elektron müraciəti sistemdə formalaşıb. Aprelin 15-də daha 15448 fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib və bununla da payızlıq əkinlərə görə subsidiya almış fermerlərin sayı 261375 nəfərə çatıb.  

Bugünədək elektron müraciəti EKTİS-də formalaşmış fermerlərin 92,06 faizinə subsidiya ödənişi həyata keçirilib.

Digər fermerlərin torpaq və əkin məlumatları ilə bağlı monitorinqlər davam edir. Monitorinq və qiymətləndirmələr “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq çarpaz (elektron bəyannamə məlumatlarının Subsidiya İnformasiya Sistemində olan digər məlumatlarla üzləşdirilməsi), yerüstü müşahidə (peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi) və yerində müşahidə (seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi) üsulları ilə aparılır. 

Monitorinqlər başa çatmlış sahələr üzrə fermerlərin adları subsidiya ödəniş qrafikinə daxil edilir və monitorinq zamanı torpaq sənədləri və əkin məlumatları ilə bağlı problem aşkarlanmayan fermerlərə subsidiya ödənişləri intensiv qaydada həyata keçirilir.

Subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25% nağdlaşdırıla bilən və 75% nağdsız hissə şəklində ödənilib. Fermerlər subsidiyanın nağdlaşdırıla bilinməyən hissəsi ilə gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Subsidiya qaydalarında edilmiş son dəyişikliyə görə, fermerlər təsərrüfatları üçün gübrənin tam dəyərini “Fermer kartı” ilə nağdsız ödəmək imkanı qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Nvidia" gəlir rekorduna imza atdı

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bu universitet üçün kampus tikiləcək

Dünyada ən populyar smartfonlar açıqlandı

Bu qadınlar pensiyaya 5 il tez çıxır

40 illik tort dilimi 4,250 manata satıldı - Milyon dollarlıq ləzzətlər

Azərbaycanın ixracdan ən çox qazanc götürdüyü məhsullar - SİYAHI

Azərbaycanda 100 yaşından yuxarı 2 mindən çox pensiyaçı var

Azərbaycan Hava Yolları ilk 4 ayda nə qədər qazanıb? - Rəqəmlər

"İrAero" iyulda Moskvadan Qəbələyə birbaşa uçuşlara başlayacaq

Artıq başqalarının ƏDV-sini vura bilməyəcəyik? - Rəsmi cavab

Alim rektora yeni müşavir təyin olundu

Azərbaycanda daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verildi

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

Mərkəzi Bank iki investisiya şirkətinə icrası məcburi göstəriş verdi

Sahil Babayev sabiq rəisə yüksək vəzifə verdi

Ən ucuz kredit verən 5 iqtisadi rayonumuz - CƏDVƏL

Bu balığın kiloqramını Çilidən 7, Türkiyədən 16 manata alırıq

Özünüzə maaş verin: Pul yığmağın sadə üsulları - Maliyyə məsləhətçisi açıqladı

Avropanın ən bahalı 10 futbol klubu

İlon Mask "Grok" ilə "Telegram"ı gücləndirir: 300 milyon dollarlıq razılaşma

Sabahın hava proqnozu - 33 dərəcə isti

Laçına təyyarə ilə səyahət neçəyə başa gələcək?

Laçına təyyarə ilə səyahət neçəyə başa gələcək?

Hansı evlərin tikintisi üçün icazə tələb olunmur? - CAVAB

"Azərkosmos"un aprel ayında xidmət satdığı 5 ölkə - CƏDVƏL

"TikTok"da saxta proqram videoları: Süni intellektlə yayılır, məlumatları oğurlayır

"Xaçmaz Aqropark" ləğv olunur

Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Əzbərlənmiş cavablarla iş müsahibəsinə getmək qəbul şansını artırır? - EKSPERT

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin