BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8303
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1341
10561

Dövlət İmtahan Mərkəzinin 5 illik fəaliyyəti dövründə dövlət qulluğuna qəbul üzrə 35 test imtahanı və 75 sınaq imtahanı keçirilib.

DİM-dən Valyuta.az-a verilən məlumata görə, bu barədə qurum rəhbəri Məleykə Abaszadə yazdığı məqaləsində bildirib.

DİM rəhbəri qeyd edib ki, test imtahanlarında iştirak etmiş 30959 namizəddən 10794 nəfəri uğurlu nəticə göstərərək dövlət qulluğu sertifikatı əldə etmək hüququ qazanıb.

“Dövlət qulluğuna qəbul üzrə 52 müsabiqə, 31 ümumi müsahibə elanı verilib və elan edilmiş 291 daxili müsahibə üzrə müsahibələrin keçirilməsi təmin edilib. Eyni zamanda, 10192 vəzifə üzrə müsabiqənin müsahibə mərhələsi, 1262 vəzifə üzrə ümumi müsahibə və 2200 vəzifə üzrə daxili müsahibə elanı verilib. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejimi müddətində vətəndaşların dövlətin idarə edilməsində iştirak hüququnun və dövlət orqanlarının kadr tələbatının ödənilməsinin təmin edilməsi məqsədilə, eyni zamanda, müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək üçün 2020-ci il iyulun 1-dən etibarən dövlət qulluğu üzrə müsahibələrin onlayn qaydada keçirilməsinə başlanılıb”– deyə M.Abaszadə qeyd edib. 

Onun sözlərinə görə, dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə Mərkəz tərəfindən 41346 müsahibənin keçirilməsi planlaşdırılsa da, 15702 müsahibə, o cümlədən 12091 müsabiqə üzrə müsahibə, 1815 ümumi müsahibə və 1796 daxili müsahibə keçirilib: 

“Keçirilmiş müsahibələrin 3568-i onlayn qaydada təşkil edilib. Müsahibədən müvəffəqiyyətlə keçmiş 3873 namizəd, o cümlədən müsabiqə üzrə 1984, ümumi müsahibə üzrə 667, daxili müsahibə üzrə isə 1222 namizəd dövlət orqanlarında vakant olan inzibati vəzifəyə təyin edilib. Dövlət qulluğu ilə əlaqədar müxtəlif mövzularda təlim modulları hazırlanıb və təlimlər təşkil edilib. Təlimlərdə 5 minə yaxın vətəndaş iştirak edib. Eyni zamanda, Mərkəz tərəfindən dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə 10 təlim modulu və onların proqramları hazırlanıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Kino” məhkəməyə verildi

Bu il ən çox satılan smartfonlar açıqlandı (SİYAHI)

Çin rekord sürətlə qızıl almağa davam edir

Dünyada neft bazarında ciddi qıtlıq yaşanır

Hindistan qlobal yarımkeçirici bazarına daxil oldu

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

Xəzinədarlıq Agentliyi 1 milyonluq proqram təminatı alır

"Apple" tarixində ilk: "iPhone 16 Plus" 7 rəngdə olacaq

"Azərbaycan Beynəlxalq Bankı" məhkəmə qarşısında

Yevgeni Priqojinin “Concord” şirkəti əmlakını satır

"Təbriz" MTK məhkəməyə verildi

Məhkəmənin qərarı ilə “Uniper”in Rusiyadakı aktivlərinə həbs qoyula bilər

Lənkəranın yollarını təmir etməyə şirkət tapılmadı

Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)

“Ukrnafta” Rusiyanın “Tatneft” şirkətinin aktivlərini idarə etməyə başlamaq istəyir

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Aİ Rusiya aktivlərindən yığılan gəlirin 90%-ni Kiyevə verməyə razılaşdı

Bu halda cərimə oluna bilərsiniz - Prezident təsdiqlədi

Britaniya sanksiyalardan yan keçib, 2,2 milyardlıq Rusiya nefti alıb

”Ege Hospital”da tibbi sertifikasiyadan keçməyən işçilər çalışır?

Kapital Bank-ın Laçın filialının açılışı baş tutdu ®

Bakıda fantastik qiymətə ev kirayə verilir (FOTO)

Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bu il sosial sığorta yığımları 1,8 mlrd. manatı ötüb

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu

Azərbaycanda ən böyük sahibkarlıq subyektləri hansı şəhərdədir? – TOP 5

Suqovuşandakı 5 mərtəbəli yaşayış binalarının tikintisi başa çatır

“Caspian Agro 2024” sərgisi çərçivəsində "GreenAgroHack" hakaton yarışması keçiriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin