BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
10470

"Ölkədə qiymət artımının ən böyük baiskarlarından biri Gömrük Komitəsidir”.

Valyuta.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Bahalaşmanın mexanizmini izah edən Natiq Cəfərli Gömrük Komitəsinin spiralvari qiymət artımına təkan verdiyini deyir: 

"Bir çox iş adamlarından aldığım məlumata görə yanvar ayından başlayaraq Gömrük Komitəsi rəsmi qaimələri tanımaqdan tam imtina edib, özündən yeni sxem icad el’yib. Sadə dildə izah etməyə çalışım: 

Məsələn, Kamal dayı mal gətirir, Almaniyadan alıb, rəsmi qaimədə malın ədədinin (ya bir kq-nın) qiyməti 6 avrodur (12 manat). Gömrük deyir ki, mən bu qaiməyə inanmıram, həm də Kamal dayının gətirdiyi mal bazarda 18 manata satılır, ona görə də malın dəyərini 12 manatdan yox, 18 manatdan hesablayacam. Kamal kişi deyir, a kişi, atan yaxşı, anan yaxşı, bazarda 18 manatdırsa, sən 18 manat qiymət qoyub daha çox rüsum alacaqsansa, mən qiyməti artırmalı olacam axı - Gömrük də cavab verir ki, bunun mənə dəxli yoxdur, uzaqbaşı 1 manat güzəşt edib qiyməti 17 manata rəsmiləşdirə bilərəm. 

Kamal dayı məcbur qalıb razı olur, malını çıxardır, malın maya dəyəri şişir, Kamal kişi bazara əvvəl eyni malı topdan 16 manata verirdi, mal da 18 manata satılırdı, indi bütün xərclər, o cümlədən Gömrüyün yeni qaimə qiymətini malın üzərinə gələndə mayası 16 manat olur, Kamal kişi məcbur olub malını topdan 18 manata satır, o zaman da malın pərakəndə qiyməti artıq 20 manata qalxır. 

Hə, indi məsələnin ardı da var axı, gələn ay eyni malı Kamal kişi yenə sifarış edib gətirir, adamın işi budur, gəlir Gömrüyə, ona deyirlər ki, qaiməni boş ver, baxdıq bazara, satış qiyməti artıq 18 deyil, 20 manatdır, deməli, 19 manatdan rəsmiləşdirəcəyik. 

Bax beləcə, Gömrük spiralvari qiymət artımına təkan verir, sonra da Komitə sədri pandemiya şəraitində, iqtisadi aktivliyin çökdüyü dövrdə hər ay çıxıb deyir ki, biz daha çox pul yığmışıq, elə bil ayaqqabı istehsal edib pul qazanırlar, yığdıqları hər manatın son ödəyicisi bizik - vətəndaşlardır...”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin