BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
10058

Azərbaycanda Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi və yerli icra hakimiyyəti orqanları ərzaq balansının tərtib olunması ilə bağlı məlumatların toplanılmasında bir başa iştirak edəcəklər.

Valyuta.az xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun təsdiqlədiyi “Ərzaq balansının tərtib olunması Qaydası”da öz əksini tapıb.

Yeni qaydaya əsasən, adları qeyd edilən dövlət orqanları ərzaq balansının hesabat ili üzrə göstəricilərinin tərtibi üçün müvafiq illik məlumatları aşağıdakı müddətlərdən gec olmayaraq Dövlət Statistika Komitəsinə təqdim edəcəklər: 

Fövqəladə Hallar Nazirliyi - dövlət ərzaq ehtiyatlarına dair məlumatları yanvarın 15-dək;

Kənd Təsərrüfatı Nazirliyi - “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemi”ndə qeydiyyatdan keçmiş təsərrüfat subyektlərinin buğda istehsalı barədə, habelə istixana, taxıl elevatorları və soyuducu anbarlar üzrə məhsul satışı, qalıqları və itkiləri barədə mövcud məlumatları yanvarın 30-dək;

Dövlət Gömrük Komitəsi - müvafiq ərzaq məhsullarının (o cümlədən buğdanın siniflər üzrə) idxal-ixracı barədə məlumatları yanvarın 15-dək;

yerli icra hakimiyyəti orqanları - bələdiyyələrin məlumatlarını nəzərə almaqla, kənd təsərrüfatı məhsullarının istehsalına dair məlumatları yanvarın 20-dək.

Qeyd edilir ki, Dövlət Statistika Komitəsi rəsmi statistika hesabatları ilə əhatə olunması mümkün olmayan göstəricilərin əldə edilməsi məqsədilə xüsusi sorğular vasitəsilə əldə edilmiş məlumatları martın 15-dək ümumiləşdirir.

DSK ərzaq balansının hesabat ili üçün tərtib olunmuş ilkin göstəricilərini fevralın 10-dək, yekun göstəriciləri isə iyulun 15-dək İqtisadiyyat Nazirliyinə təqdim edir.

Aidiyyəti orqanlar bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq ərzaq balansının cari il üzrə gözlənilən və növbəti il üçün proqnoz göstəricilərinin tərtibi üçün aşağıdakı məlumatları sentyabr ayının 20-dən gec olmayaraq İqtisadiyyat Nazirliyinə təqdim edirlər:

KTN - kənd təsərrüfatı məhsullarının istehsalına dair cari ilin gözlənilən və növbəti il üçün proqnoz göstəriciləri və “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemi”ndə qeydiyyatdan keçmiş taxıl elevatorları və soyuducu anbarlarda cari ilin 6 ayının yekunları üzrə məhsul qalıqları və itkiləri barədə mövcud məlumatları;

FHN - dövlət ərzaq ehtiyatlarına dair cari ilin 8 ayının yekunları üzrə məlumatları və cari ilin sonuna gözlənilən və növbəti il üçün proqnoz göstəriciləri;

DSK - ərzaq məhsullarının istehsalına dair cari ilin 8 ayının yekunları üzrə məlumatları;

DGK - ərzaq məhsullarının (o cümlədən buğdanın siniflər üzrə) idxal-ixracı barədə cari ilin 8 ayının yekunları üzrə məlumatları;

Ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət göstərən subyektlər və əlaqəli dövlət qurumları – İN-nin sorğu məktubuna uyğun olaraq müvafiq məlumatlarını.

İqtisadiyyat Nazirliyi bu Qaydanın 3.3-cü və 3.4-cü bəndlərinə uyğun olaraq təqdim olunmuş məlumatlar əsasında hazırlanan və hesabat ili, cari il üzrə gözlənilən və növbəti il üçün proqnoz göstəricilərini özündə əks etdirən ərzaq balansını oktyabr ayının 15-dək Nazirlər Kabinetinə təqdim edir. 

Ərzaq balanslarının tərtibi zamanı dövlət sirri təşkil edən məlumatların mühafizəsi, məxfiləşdirilməsi, istifadə edilməsi və digər məsələlər qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin