BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
10011

Çin ilə İran arasında strateji xarakterli əməkdaşlıq haqqında müqavilə yalnız iki dövlətin deyil, region ölkələri üçün də faydalıdır.

Valyuta.az AzərTac-a istinadən xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi açıqlama verib.

Ə.Rəbbi deyib ki, çinli sərmayəçilər İran iqtisadiyyatına 400 milyard dollar investisiya yatırmaq niyyətindədirlər: 

“İnvestisiyalar əsasən yeni texnologiyaların və nəqliyyat sektorunun inkişafına yatırılacaq. Çinin İranın nəqliyyat sektoruna, xüsusilə də tranzit nəqliyyat dəhlizlərinə investisiya yatırması heç də təsadüfi xarakter daşımır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Çin Avropa, Orta Asiya və Qafqaz ölkələri ilə iqtisadi-ticarət əlaqələrini genişləndirmək istəyir. Çinin ildən-ilə böyüyən iqtisadiyyatı yeni və ölkə hüdudlarından kənardakı bazarlara çıxışın olmasını tələb edir”. 

Onun sözlərinə görə, bu səbəbdən də Çin, ilk növbədə, İranın Çabahar limanına və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmentini təşkil edən Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin tamamlanmasına sərmayə yatıracağı şübhəsizdir: 

“Məhz Çabahar limanı vasitəsilə Avropa, Orta Asiya və Qafqaz ölkələri ilə nəqliyyat əlaqələri qurub ticarətini genişləndirə bilər. Çinin cənub regionundakı limanlarla İranın Çabahar limanı arasındakı əlaqə yüklərin Avropaya və ək istiqamətə daşınmasında əhəmiyyətli rol oynayacaq. Cənubi Çin limanlarından yüklər Çabahar limanına buradan isə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Azərbaycan və Rusiyadan tranzit olaraq birbaşa Avropaya daşınacaq. Hazırda bu yolun Qəzvin-Rəşt hissəsi istifadəyə verilib. Yolun Rəşt-Astara hissəsi isə hələlik hazır deyil”.

Rəsmi nümayəndə qeyd edib ki, İrana qarşı tətbiq olunan sanksiyalar və koronavirus pandemiyası və bunların təsiri ilə ölkə iqtisadiyyatının zəifləməsi yolun Rəşt-Astar hissəsinin tikintisini ləngidir: 

“Lakin sözügedən müqavilənin imzalanmasından sonra Çinin İranın nəqliyyat və tranzit yollarına sərmayə yatırması yolun tezliklə tamamlanmasında əhəmiyyətli rol oynayacaq. Bu prosesin Azərbaycan üçün faydası ondan ibarətdir ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə nə qədər çox yük daşınsa ölkəmizin əldə etdiyi tranzit gəlirlər də bir o qədər artacaq.

Mütəxəssislərin hesablamalarına görə, yaxın gələcəkdə Asiya ilə Avropa arasındakı ticarət dövriyyəsinin həcmi 200 milyard dollar olacaq. Bu əlaqələrin genişlənməsi isə tranzit yolların qısalmasını və yüklərin mənzil başına tez çatdırılmasını tələb edir. Bu günlərdə Süveyş kanalında baş verən hadisə isə onu göstərdi ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ilə Asiya arasındakı ticarət əlaqələrində olduqca böyük əhəmiyyətə malikdir”.

Ə.Rəbbi bir faktı da diqqətə çatdırıb: 

“ABŞ İran iqtisadiyyatının müxtəlif sahələrinə sanksiyalar tətbiq etsə də Çabahar limanını sanksiyalardan kənarda saxlayıb. Bu, ABŞ-ın regiondakı müttəfiqləri üçün böyük şanslar yaradıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Qarabağ Avto”ya protokol tərtib edildi

Rusiya iqtisadiyyatı üçün risklər müəyyən edildi

2020-ci ildən indiyə qədər Azərbaycana 190 mln. dollarlıq elektromobil idxal edilib

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin fəaliyyət istiqamətləri məlum olub

Rabitəbank "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib ®

“Nokia” bu tanınmış modelini yenidən istehsal edəcək

Üç ayda 121 min hektar sahədə yazlıq bitkilər əkilib

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir ®

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Bu peyvəndin əlavə təsiri var imiş - Şirkətdən etiraf

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Keçmiş deputatın bankı cərimələnə bilər

Türkiyə ABŞ-dan LNG idxal etmək istəyir

Azərbaycanda ilk Milli Xalça Festivalı keçiriləcək

Paytaxt bazarında ciddi nöqsanlar aşkarlandı: bəzi məhsulların satışı dayandırıldı

Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI

Fitch Solutions: 2033-cü ilə kimi Azərbaycanda avtomobil istehsalı illik 100 min ədədə yaxınlaşacaq

İtaliya-Rusiya Ticarət Palatası malların rublla ödənişini dayandırdı

DİM yayda keçiriləcək imtahanların vaxtını dəyişdi - SƏBƏB

Bakıda 30 dərəcə isti olacaq

Rusiyada qalan Qərb bankları 2023-cü ildə nə qədər vergi ödəyib?

“Resant Group”la keçmiş işçisi arasında qalmaqal

Süni zəka növbəti 1 ildə bu peşə sahiblərinin işini əlindən ala bilər

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Bu müəssisələrin lisenziyaları ləğv olundu

Bakıda yeni park salınacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin