BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
63445

Bir neçə gün əvvəl Azərbaycan Qida Təhlükəsizlik Agentliyi tərəfindən 3 qənd məhsulunda kükürd dioksidin miqdarının normadan artıq olduğu müəyyən edilib. Eyni zamanda, İran İslam Respublikasından idxal edilən bəzi qida məhsullarıın da tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) aşkarlanıb. Həmin məhsullardan əksəriyyəti insanlar tərəfindən gündəlik istifadə edilən məhsullardır.

Bu qidalara nəzarət necə olmalıdır?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, qəndlərin tərkibinə kükürd dioksid qarışdırılması məsələsi hələ bundan 4 il əvvəl qaldırılıb:

Dörd il əvvəl Azad İstehlakçılar Birliyi AQTA qarşısında qəndlərin tərkibinə kükürd dioksid qarışdırılması barədə məsələ qaldırdı. Yəni biz 8 ilə yaxındır ki, bu məsələni aparırıq. Çox çətinlikdən sonra AQTA 12 qənd istehsal yerində monitorinqlər apardı və bunlar müəyyən olundu. Bunu bilmək üçün heç bir analiz lazım deyil. Kəllə qəndi istehsal etmək, daha doğrusu onu ağartmaq üçün iki üsul var.

Məlumdur ki, kəllə qənd şəkər tozundan hazırlanır. Şəkər tozunu qaynatdıqda o sarı rəngə çalır. Sarı rəngi oradan ayırmaq üçün iki yol var. Biri mərkəzdənqaçma yolu, texniki yol, bir də kimyəvi yol, kükürd dioksid qarışdırmaq yolu.

O bildirib ki, qənd məhsullarına kükürd dioksidin qatılıb-qatılmadığını müəssisələrə baş çəkərək bilmək olar.

Müəssisələrə getmək lazımdır, hansında mərkəzdənqaçma aparatı yoxdursa, deməli, orada qəndlər kükürd dioksidlə ağardılır. Azad İstehlakçılar Birliyi neçə ildir ki, bu məsələdən narahatdır. Biz AQTA ilə bu sahədə əməkdaşlıq etdik və bir neçəsi ifşa olundu. Ondan sonra bunlar yenə də davam ediblər. Çox yaxşı haldır ki, bu məsələlərə yenidən nəzarət edilir. Azad İstehlakçılar Birliyi də çalışacaq ki, həmin partiya mallar satışdan çıxarılsın".

Qida məhsullarının tərkibində ziyanlı maddələrin olması insan sağlamlığına necə təsir edir?

Kliniki Tibbi Mərkəzin həkim-terapevti Jalə İbrahimova bildirib ki, genetik modifikasiya olunmuş qidaların ilk növbədə orqanizmə üç əsas ziyanı var.

Qidaların tərkibində ziyanlı əlavələrin olması immun sistemini zəiflədir, allergik reaksiyalar verə bilir və həzm sistemində metabolik pozğunluqlar törədə bilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) apardığı araşdırmaların nəticələrinə əsasən, 1995-ci ildən bəri GMO qidalar daha çox istehsal olunub. Həmin vaxtdan bəri daha çox diabet, qlüten həssaslığı, xərçəng kimi xəstəliklərin statistik göstəriciləri artıb, - deyə həkim əlavə edib.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyənin serial biznesi - Yarım milyard dollarlıq gəlir

Xəzərin Azərbaycan hissəsindəki sirli ada - Dünya ondan danışır

Sosial şəbəkələrdə dinləmə cihazları satılır - Cihazları satanları nə gözləyir? (VİDEO)

Öz kriptovalyutasını təqdim etdikdən sonra Trampın artan sərvəti

Sabah yağış yağacaq

Yolda xarab olur, enerjisi bitir: Yeni elektrik avtobuslarının problemi nədir? (VİDEO)

Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Çıxarışsız evlərin sığorta problemi necə həll ediləcək? (VİDEO)

Dağlıq rayonlarda qar yağıb - Faktiki hava

Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? (Video)

20 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI

GMO-lu qidalara necə nəzarət olunmalıdır?

"TikTok" ABŞ-də fəaliyyətini dayandırıb

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

H.Əliyevanın ailəsinə qarşı cinayət törədənlər müəyyən edildi – Zərər ödənildi - YENİLƏNİB

Trampın 1 saata 10 milyard dolları keçən yeni kriptovalyutası

Mərkəzi Bank uçot dərəcəsini azaldacaqmı? - “Fitch Ratings”in proqnozu

Azərbaycanda Aliment Fondu yaradılacaq (VİDEO)

Kanadada 2025-ci il üçün vergi dərəcələri - Təhlil

XVIII əsrə aid məscidin bərpasına başlanılır - 70 min manat ayrıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin