Bu il hansı məhsullar bahalaşdı?
Azərbaycanda bir çox kənd təsərrüfatı məhsullarının qiyməti artıb.
Valyuta.az kənd təsərrüfatı məhsulların qiymətini öyrənmək üçün Bakının böyük bazarlarından birinə baş çəkib. Bazarda qış mövsümünə uyğun çeşid bolluğu olmasa da,qiymət bahalığı da hiss olunur. Keçən ilin bu dövrü ilə müqayisədə meyvə-tərəvəzlərin qiymətində 1-2 manat artım var.
Satıcıların sözlərinə görə, ötən illə müqayisədə bu il bazarda ən çox bahalaşan məhsul kartof və göyərtidir. Müvafiq olaraq kartof 0.80 qəpik-2 manat, göyərti isə 20 qəpiyə satılır. Bundan başqa, bazarda kök, turp, çuğundur, 1-1.50 manat arası, kələm 0.80 qəpiklə 2 manat arası, gül kələmi, brokoli isə 2 manata təklif olunur. Ağ soğan 0.50 qəpiklə 1 manat arası, qırmızı soğan isə 1.50-2 manat arası, Hövsan soğanı isə 10-12 manata satılır. Mövsümü olmayan tərəvəzlər olan pomidor, xiyar, badımcan isə 3, 4, 5 manat arası alıcılara təklif olunur. Meyvələr isə tərəvəzlərdən bahadır və fərqli qiymətlərə rast gəlmək olur. Bu qiymətlər isə 0.50 qəpikdən başlayaraq 10 manata qədər artır. Bazarda ən ucuz meyvə alma, ən bahalılar isə apelsin və nardır.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay