BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
39550

Ölkəmizdə hind toyuğu, qaz və ördək ətinə tələbat ildən-ilə artmaqdadır. Bu ev quşları bayramlarda daha çox satışa çıxarılır.

Ağstafada fərdi təsərrüfatlarda bəslənən hind toyuqlarını təsərrüfat sahibləri bu il də demək olar, ötənilki qiymətə satırlar. Hazırda hind toyuğunun əti erkək və fərə olmasından asılı olaraq 15-18 manata, diri halda isə çəkisi nəzərə alınmaqla, 40-60 manatadır. Bu qiymətlər keçən il də təxminən belə olub.

Yeni ilə sayılı günlər qaldıqca bazarlarda hind toyuğuna tələbat da artır. Bu quşların alıcısı qaz və ördəyə nisbətən daha çoxdur. İnsanlar bayram süfrələrində hind toyuğunun ətinin olmasını da istəyirlər. Hər Yeni il bayramında bu quşun ətinin süfrədə olması bir növ ənənə halını alıb.

Ağstafa bazarında da bayram öncəsi alıcıların aktivliyi hiss olunur. Burada əksər ev quşları satılır. Qaz və ördəyin qiyməti keçən bayrama nisbətən aşağıdır. Keçən bayram 35-40 manata satılan qaz, indi 28-30 manata təklif edilir. Ördək isə 12-15 manatadır. Ən az alınan da elə ördək və toyuqlardır. Toyuğun qiyməti 10-12 manatdır.

Hind toyuğu isə necə deyərlər, hər il öz dəyərini qoruyub saxlayır. Qazax sakini Ədalət Məmmədov Ağstafa bazarına hind toyuğu və ya qaz almaq üçün gəlib: “Qazax şəhərinə baxanda Ağstafanın bazarında çeşidlilik var. Qaz və hind toyuğu ilə maraqlanıram. Bura ətraf kəndlərdən həmişə ev quşları gətirirlər, ona görə də qiymətlər ucuzdur. İndidən bazarlıq edirik ki, dekabrın 30-da qiymətlər baha olacaq. Bayram süfrəsində hind toyuğunun bozartması, kababı olmalıdır. Yadımdadır ki, mən hələ uşaq olanda deyrdilər: “Qazı, ördəyi qar yağanda yemək lazımdır”. Yəni, onda əti daha təmiz olur, hərçənd ki, indi qar yağmır”.

Ağstafa rayonunda son illər fərdi hind toyuğu təsərrüfatlarının sayı da çoxalıb. Bayram ərəfəsində bazarlara çıxarılan bu quşların ətinin keyfiyyət baxımından üstün cəhəti ondadır ki, bunlar inqubator şəraitində deyil, evlərdə, fərdi təsərrüfatlarda bəslənmiş hind toyuqlarıdır. Satıcılar deyirlər ki, kəsilmiş erkək hind toyuğunun 1 kiloqramı 15 manata, fərə hind toyuğu isə 16-17 manata satılır. Fərə hind toyuğunun ətinin nisbətən dadlı və yumşaq olması onun qiymətinə də təsir edir.

Alıcı Rəfael Məmmədov bayramqabağı rayon bazarına hind toyuğu və toyuq beçəsi almağa gəlib. Deyir ki, hind toyuğu çəkisindən asılı olaraq 55-60 manatadır. “Qiymətlər pis deyil. Qaz da ucuzlaşıb, 35 manat idisə, indi 30 manata yaxşı qaz almaq olur. Mən hind toyuğu ilə maraqlanırdım. İstəyirəm ki, Yeni il süfrəsində hind toyuğunun əti də olsun”, - deyə o bildirir.

Bəziləri hətta ev quşunu alıb elə bazarda kəsdirir, təmizlətdirərək evə aparır. “Yeni il ərəfəsi gələnlərin çoxu qaz, ördək, hind toyuğu alır. Digər ev quşları elə də çox satılmır. Biz satdıqlarımız hamısı ev şəraitində təbii bəslənən quşlardır. Göy ot yeyəyən, buğda, arpa ilə bəslənmiş quşlardır”, - deyə satıcı Nazilə Tağıyeva vurğulayır.

Hind toyuğu olduqca zərif və soyuğa dözümsüz olur. Elə buna görə də hər təsərrüfat sahibi sona qədər bu sahədə uğur əldə bilmir. Qiymətlərinin digər quşlara nisbətən baha olması da bununla əlaqədardır.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Güzəştli əsaslarla yaşa görə pensiya hansı halda yenidən hesablanır?

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin