BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
39405

Son 5 gün ərzində – 20-25 dekabr tarixlərində Azərbaycandan Rusiyaya 1 milyon 224 min ədəd (72 ton) yumurta ixrac edilib.

Yeniavaz.com xəbər verir ki, Rusiyaya yumurta ixracı şimal qonşumuzda müşahidə olunan yumurta qıtlığı ilə əlaqədar bu ölkənin rəsmi qurumları tərəfindən edilən müraciət əsasında həyata keçirilir.

Bəs görəsən, Azərbaycandan Rusiyaya yumurta ixracının artması daxili bazarda yumurta çatışmazlığına və buna paralel olaraq da qiymətlərin qalxmasına səbəb ola bilərmi?


Məlumat üçün bildirək ki, əvvəlki illərdə Azərbaycanda yumurtaya olab tələbat daxili istehsal hesabına təmin edilib. İstehsal olunan yumurtanın çox az bir hissəsi xaricə ixrac olunub.

Məsələn, ötən il 2 milyard 18 milyon ədəd yumurta istehsal olunub. İxrac olunan yumurta isə bu göstəricinin cəmi 0,6%-ini (11,8 milyon ədəd) təşkil edib. İstehsal olunan yumurtanın digər hissəsi daxili tələbata yönəldilib. 2020 və 2021-ci illərdə isə Azərbaycan 1 ədəd də olsun yumurta ixrac etməyib. Yəni istehsal olunan bütün yumurta daxili tələbata sərf olunub.

Ötən ildən fərqli olaraq bu il Azərbaycanda yumurta ixracı kəskin artıb. Bu ilin ilk 10 ayında Azərbaycanda 1 milyard 658,6 milyon ədəd yumurta istehsal olunub. 10 ayda ixrac olunan yumurta isə bu göstəricinin 2,5%-ini (41 milyon ədəd) təşkil edib.

Azərbaycandan yumurta əsasən 3 ölkəyə - Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İraq və Qətərə ixrac edilib. 10 ay ərzində 1 ədədi 12 qəpikdən olmaqla BƏƏ-yə 26,7 milyon, İraqa 6,5 milyon ədəd, Qətərə isə 7,8 milyon ədəd yumurta ixrac olunub.

Açıqlanan rəsmi məlumatlara görə, ötən ilin ilin ilk 10 ayı ilə müqayisədə bu ilin ilk 10 ayında yumurta istehsalı 10% artıb. Lakin, ötən ilin eyni dövrü ilə  müqayisədə bu ilin ilk 10 ayında xaricə satılan yumurtanın miqdarı 5 dəfə artıb.

Məlumdur ki, yerli istehsalla müqayisədə ixracın daha çox artması daxili bazarda çatışmazlığa səbəb olacaq.

Son günlər Rusiyaya yumurta ixracının həyata keçirilməsi istehsalın artım tempi ilə ixracın aratım tempi arasındakı fərqi daha da artıracaq.

Belə olan halda yerli istehsal daxili tələbatı ödəməyə imkan verməyəcək ki, bu da son nəticədə qiymətlərin artmasına səbəb ola bilər.

© Yeniavaz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin