BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
29811
"Yeganə Palace” şadlıq sarayı mənə məxsus deyil, Azərbaycan Qida Təhlküəsizliyi Agentliyi (AQTA) yalan məlumat yayıb”. 
 
Bu sözləri Qaynarinfo-ya "Yeganə Palace” şadlıq sarayının sahibi kimi təqdim edilən Təmkin Əliyev deyib. 
 
AQTA iyunun 25-də "Yeganə Palace” şadlıq sarayında aparılan yoxlamalar barədə məlumat yayıb. Həmin məlumatda Təmkin Əliyev şadlıq sarayının sahibi kimi təqdim edilib. 
 
Təmki Əliyev bizimlə söhbətində bildirib ki, o, "Zəngəzur” İdman Cəmiyyətinin sədri və Həzi Aslanov metrostansiyasının yaxınlığında fəaliyyət göstərən "Zəngəzur” kafesinin sahibidir: "Yeganə Palace” şadlıq sarayının mənə heç bir aidiyyatı yoxdur. Mən orda sonuncu dəfə 10 il əvvəl Qarabağ qazisi Zeynalabdin Məmmədovun övladının toyunda olmuşam”.
 
Sahibkar deyib ki, AQTA-nın onu "Yeganə Palace” şadlıq sarayının sahibi kimi təqdim etməsi məqsədlidir:  "Mənim Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə məhkəmə çəkişməm olub. Özü də iddiaçı mən olmuşam. Məsələnin kökündə isə onların qanunsuzluğu dayanır. Təsəvvür edin, bunlar sahibi olduğum kafedən nümunə kimi quzu əti götürüblər. Laboratoriyada isə çıxıb mal əti. Bunun məndə videogörüntüləri də var. Məhkəməyə müraciət etdim. Amma məhkəməyə təsir edildi və onların xeyrinə qərar çıxarıldı. Mən də qanunsuz olaraq yazılan cəriməni ödəmirəm. İndi bilmirəm məndən qisas alırlar, yoxsa başqa məqsədləri var. Hər halda bu boyda uyğunsuzluq olmaz. Ona görə də hesab edirəm ki, bu məqsədlidir”.
 
Təmkin Əliyevin sözlərinə görə, AQTA həmin məlumatı yaydıqdan sonra qurumun qaynar xəttinə zəng edib. "Onlar əvvəl dedilər heç nə bilmirik. Sonra gecə 1-də şöbə müdirlərindən biri zəng eləyib deyir ki, niyə səs-küy salırsan. Bilirsən ki, "Yeganə Palace" sənin deyil. Cərimə sənə gəlməyəcək. Dedim, məmin deyilsə. adımı niyyə hallandırırsınız? Hamı oxuyur, zəng vurur və s. Dedim sizi məhkəməyə verəcəm və bu barədə də sosial şəbəkədə paylaşım etdim. Bundan sonra gecə saat 2-də yenə zəng vurdular. Dedilər gəlin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə. Mən də dedim sizin ayağınıza niyə gəlməliyəm?! Bu məsələni belə qoymayacam. Həmin məlumatı silməsələr, məhkəməyə müraciət edəcəm”, deyə Təmkin Əliyev vurğulayıb.
 
 
Qeyd edək ki, dünən AQTA "Yeganə Palace” şadlıq sarayında istehlaka yararsız məhsullar aşkarlanması barədə məlumat yayıb. Bildilib ku, yoxlama zamanı müəssisədə müvafiq sənədləri olmayan, üzərində aşkar saxtakarlıq əlamətləri olan 27 ədəd 0,7 litrlik "Kremlin” əmtəə nişanlı, 4 ədəd 0,7 litrlik "Северная столица” əmtəə nişanlı, 5 ədəd 1 litrlik "Beluga” əmtəə nişanlı, 14 ədəd 0,7 litrlik "Булбашъ” əmtəə nişanlı, 79 ədəd 0,7 litrlik "Мънскъ” əmtəə nişanlı, 21 ədəd 0,7 litrlik "Босс” əmtəə nişanlı, 32 ədəd 0,7 litrlik "Almaz” əmtəə nişanlı, 7 ədəd 0,7 litrlik "Chivas Regal” və 12 ədəd 0,5 litrlik "Chivas Regal” əmtəə nişanlı spirtli içkilər aşkar edilib. Eyni zamanda mənşəyi məlum olmayan, orqoneleptik görünüşündə qaralma və istehlaka yararsız 24 kq sub məhsulu (qaraciyər, bağırsaq və s.), 19,8 kq balıq məhsulu, 80 kq piy və 250 kq ət, həmçinin çəkisi 20 kq olan son istifadə tarixi bitmiş "kartof fri” məhsulu aşkar edilib. Bundan əlavə, müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, dondurucularda istifadə müddəti bitmiş məhsullarla istehlaka yararlı məhsulların bir arada saxlanıldığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi müəyyən edilib.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin