Mehdiyevlərə məxsus şirkətdə qalmaqal: Bir kreditin 31 min manat xərci ola bilərmi?

Redaktor

09.12.2025 13:39
245

Mehdiyevlərə məxsus şirkətdə qalmaqal: Bir kreditin 31 min manat xərci ola bilərmi? - FOTO

Vətəndaş Əliyev Bəhruz Şahmurad oğlunun “BTB LEASING” ASC-nin vəzifəli şəxsi tərəfindən aldadılaraq xeyli miqdarda pulunun ələ keçirilməsi haqda məlumat vermişdik.

Valyuta.az Teleqraf.az-a istinadən xəbər verir ki, vətəndaş aldadılması ilə bağlı prokurorluğa da müraciət edib.

Bəhruz Əliyev müraciətində bildirirdi ki, xeyli miqdarda vəsaiti şirkət tərəfindən heç bir rəsmi sənəd təqdim edilmədən ələ keçirilib. Bəhruz Əliyev 2025-ci ilin yanvar ayında kredit götürmək üçün “BTB LEASING” ASC-yə müraciət edib. Mənzili girov qoyaraq kredit götürüb.

Girov qoyulan mənzil qardaşına məxsus olub. Kredit isə onun qaynının adına rəsmiləşdirilib. Rəsmi sənədlərdə 151.800 manat pul vəsaitinin lizinq alana verildiyi göstərilib. Lakin lizinq şirkətindən vətəndaşa ümumilikdə 120 min manat pul verilib.

Vətəndaş ASC-yə müraciət etdikdə vəzifəli şəxslər qalan 31.800 manatın sənədləşmə üçün xərclərə sərf olunduğunu bildiriblər.

Bəhruz Əliyevin sözlərinə görə, həmin xərclərlə bağlı onlara hər hansı sənəd təqdim olunmayıb: “İddia edilən xərclərlə bağlı bizə sadəcə şirkətin müdir müavini vəzifəsində işləyən Vüsal Nəsibovun əl ilə yazılmış qeyd vərəqəsi təqdim olunub.

Həmin qeyd vərəqəsindəki xərclərin ümumi cəmi belə 31.800 manat etmir. Etsə belə, orada qeyd olunan "Kasko gözləyən 3%" qeydinə görə tutulan 8.050 manat pul vəsaiti tamamilə bizim iradəmizdən kənar olub və bu barədə məlumatlandırılmamışıq. Məsələ ilə bağlı Vüsal Nəsibova dəfələrlə müraciət etmişik. Kobud rəftarla üzləşmişik. Dəfələrlə müraciət olunduqdan sonra bizə cəmi 6 min manat pul qaytarılıb. Qalan məbləği qaytarmaqdan imtina edirlər. Haqlı idilərsə, 6 min manatı geri niyə qaytarırdılar? Deməli, bu məbləğ qanunsuz olaraq tutulub. Vüsal Nəsibov "bizdə sistem belə işləyir, sizə əlavə pul verilməyəcək" deyir. Vüsal Nəsibov deyir ki, bu şirkətin sahibinə görə onlara heç kim müdaxilə edə bilmir”.

Bəhruz Əliyevə xərclərlə bağlı Vüsal Nəsibov tərəfindən verilən qeyd kağızını təqdim edirik.

Həmçinin məlum olub ki, kasko sığorta üçün min ödəniş alınsa da bununla da bağlı heç bir rəsmi sənəd mövcud deyil.

Xatırladaq ki, adı çəkilən lizinq şirkəti ilə bağlı bu, ilk problemli məsələ deyil. Daha əvvəl şirkətin Hüquq Departamentinin müdiri Ceyhun Əli-Zadə vətəndaşların külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilərək cinayət məsuliyyətinə cəlb edilib.

Bildirək ki, adı çəkilən lizinq şirkəti 2017-ci ildə səhmlərinin 74,98%-i Ramiz Mehdiyevin gəlini Mehdiyeva Nigar İsmayıl qızına məxsus “Bank BTB” ASC tərəfindən yaradılıb.

Fotoda Vüsal Nəsibov

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"SpaceX" 30 milyard dollardan çox İPO keçirmək istəyir

10.12.2025

“Assaia” 26,6 milyon dollar investisiya alıb

10.12.2025

"İntel" Aİ məhkəməsində uduzdu: 237 milyon avro cərimə ödəyəcək

10.12.2025

Nazirlik “Qarabağ Universiteti” üçün 7 milyonluq müqavilə imzalayıb

10.12.2025

"Grok" İlon Maskı "xilas etmək" üçün Yer əhalisinin yarısının məhvinə razılaşdı

10.12.2025

Azərbaycanda ÜDM istehsalı 1,6% artıb

10.12.2025

"Binance” ADGM çərçivəsi üzrə qlobal lisenziya alan ilk kriptovalyuta birjası oldu

10.12.2025

Yaddaş kartları bahalaşdı, "Nintendo" bir həftədə 14 milyard dollar itirdi

10.12.2025

Mərkəzi Bank tender elan edib

10.12.2025

Alimentlə bağlı yeni QAYDA

10.12.2025

Diplomatlar attestasiyadan keçəcəklər - Qaydalar müəyyənləşdi

10.12.2025

Baş nazir iclas keçirdi - Tapşırıqlar verildi

10.12.2025

“Yüksəliş” müsabiqəsinin keçirilməsinə 1 milyon manat ayrıldı

10.12.2025

Prezident rektoru işdən çıxardı - Yeni təyinat

10.12.2025

Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində mənimsəmə - Cinayət işi açıldı

10.12.2025

"Xiaomi" gəlirsizlik səbəbindən 1000-dən çox mağazanı bağlayacaq

10.12.2025

Yeni icra başçısı daha bir məmuru işdən çıxardı

10.12.2025

Əsas kapitala 16 mlrd. manatdan çox investisiya yönəldilib

10.12.2025

BP Cəbrayıla 13 milyon dollarlıq günəş panelləri gətirib

10.12.2025

Nazirlik rəsmisi: Bəzi qanunlar müasir çağırışlarla uzlaşmır

10.12.2025

Məzənnə

Yüklənir...