BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
63440

Son vaxtlar aviasiya hadisələri ilə bağlı xəbərlərin artması uçuş təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Əgər uçuşunuzun nə qədər təhlükəsiz ola biləcəyini öyrənmək istəyirsinizsə, bu mövzuda sizi məlumatlandıracaq faydalı bir araşdırma mövcuddur.

Valyuta.Az "Euronews"a istinadla xəbər verir ki, aviasiya icmalı üzrə fəaliyyət göstərən “AirlineRatings” dünyanın ən təhlükəsiz aviaşirkətlərinin illik reytinqini açıqlayıb.

Dünyanın ən təhlükəsiz aviaşirkəti hansıdır?

2025-ci ildə dünyanın ən təhlükəsiz aviaşirkəti ardıcıl ikinci dəfə “Air New Zealand” seçilib. Yeni Zelandiya aviaşirkəti 2024 və 2022-ci illərdə də bu titulu qazanıb və liderlik uğrunda tez-tez “Qantas” ilə rəqabət aparır.

2025-ci ildə ən təhlükəsiz aviaşirkətlər siyahısı:

Asiya-Sakit okean və Yaxın Şərq bölgəsinə aid aviaşirkətlər ilk 11 sırada üstünlük təşkil edib. Bununla yanaşı, Avropa aviaşirkətləri də yüksək göstəricilər əldə edərək, ilk 25-likdə 7 yer tutub.

Avropanın ən təhlükəsiz aviaşirkətləri:

Avropa ilə Asiya arasında xidmət göstərən “Türk Hava Yolları” ("THY") Avropanın ən təhlükəsiz aviaşirkəti seçilib. Platformada 7 ulduz qazanan "THY" qlobal reytinqdə 13-cü yerdə qərarlaşıb.

Dünyanın digər aviaşirkətlərindən daha çox istiqamətə uçuşlar təşkil edən "THY" 2009-cu ildə Amsterdam “Schiphol” hava limanına yaxınlaşarkən bir “Boeing 737” təyyarəsinin qəzaya uğramasından sonra heç bir ölümcül hadisə ilə qarşılaşmayıb. Həmin qəza nəticəsində 9 nəfər həyatını itirmiş, 126 nəfər isə xilas olmuşdu.

"THY" ötən il həm təyyarədaxili xidmətlər, həm də əyləncə sahəsində mükafatlar qazanıb və Hava Yolu Sərnişin Təcrübəsi Assosiasiyası ("APEX") tərəfindən “Dünya səviyyəli” reytinqə layiq görülüb. “Skytrax” isə onu “Avropanın ən yaxşı aviaşirkəti” seçib.

Avropanın ən təhlükəsiz ikinci aviaşirkəti “TAP Portugal” olub və qlobal siyahıda 14-cü sırada yer alıb. Bu şirkət 1977-ci ildən bəri sərnişin itkisi yaşamayıb və uçuş qorxusunu azaltmaq üçün mütəmadi kurslar təşkil edir.

Siyahıda digər Avropa aviaşirkətləri isə bunlardır:

- “SAS” (16-cı yer)

- “British Airways” (17-ci yer)

- “Iberia” (18-ci yer)

- “Finnair” (19-cu yer)

- “Lufthansa Group” (20-ci yer).

Avropanın ən təhlükəsiz aşağı büdcəli aviaşirkətləri:

“AirlineRatings” aşağı büdcəli aviaşirkətləri tam xidmətli həmkarlarından ayrıca qiymətləndirib.

Siyahının lideri “Ryanair” olub. Qlobal reytinqdə 3-cü sırada yer alan bu aviaşirkət 40 illik fəaliyyəti dövründə heç bir ölümcül qəza ilə qarşılaşmayıb.

İngiltərədə fəaliyyət göstərən “easyJet” Avropanın ən təhlükəsiz ikinci aşağı büdcəli aviaşirkəti olub. Bu aviaşirkət də 30 illik fəaliyyəti dövründə ölümcül qəza yaşamayıb.

Dünya üzrə 7-ci sırada yer alan “Wizz Air” isə Avropanın ən təhlükəsiz üçüncü aşağı büdcəli aviaşirkəti seçilib.

Bundan əlavə, siyahıya aşağıdakı aviaşirkətlər daxildir:

- “Norwegian” (12-ci yer)

- “Vueling” (13-cü yer)

- “Jet2” (14-cü yer)

- “Eurowings” (20-ci yer)

- “airBaltic” (25-ci yer).

Ən təhlükəsiz aviaşirkətlər necə müəyyən edilir?

“AirlineRatings” aviaşirkətləri təyyarələrin yaşı, fəaliyyət göstərən təyyarə sayı, pilotların təlimi və qeyd olunan hadisələrin nisbəti kimi göstəricilərə əsasən müəyyən edir. Eyni zamanda, aviaşirkətlərin maliyyə vəziyyəti də nəzərə alınır.

Qeyd edək ki, siyahı tərtib edilərkən "ICAO"nun “Ümumi Təhlükəsizlik Nəzarət Audit Proqramı” və “IATA Əməliyyat Təhlükəsizliyi Auditi”nin nəticələri də əsas götürülür.

Rəhim / Valyuta.Az / SƏHƏR OXUSU

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? (Video)

20 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI

GMO-lu qidalara necə nəzarət olunmalıdır?

"TikTok" ABŞ-də fəaliyyətini dayandırıb

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

H.Əliyevanın ailəsinə qarşı cinayət törədənlər müəyyən edildi – Zərər ödənildi - YENİLƏNİB

Trampın 1 saata 10 milyard dolları keçən yeni kriptovalyutası

Mərkəzi Bank uçot dərəcəsini azaldacaqmı? - “Fitch Ratings”in proqnozu

Azərbaycanda Aliment Fondu yaradılacaq (VİDEO)

Kanadada 2025-ci il üçün vergi dərəcələri - Təhlil

XVIII əsrə aid məscidin bərpasına başlanılır - 70 min manat ayrıldı

Faktiki hava açıqlanıb

Yasamalda istehsala yararsız ətin satışının qarşısı alındı

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

Azərbaycan nefti ucuzlaşıb

Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat oğurlandı

ABŞ-də Ali Məhkəmədən "TikTok" qərarı - Sabaha qədər satılmazsa..

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin