BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
54568

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobillər  taksi kimi sərnişin daşımalarında iştirak edə bilməz. Buna baxmayaraq, yenə də belə maşınların taksi kimi fəaliyyət göstərməsinə şahidlik edilir. Eləcə də taksi sifarişi zamanı gələn maşın proqramda göstərilən maşından fərqli olur.

İnsanların bu cür aldadılmasının qarşısı necə alına bilər? 

Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, onlayn sifariş zamanı başqa maşının gəlməsinə görə taksi operatorlarının yüksək məbləğdə cərimələnə bilər:

"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bu məsələ ilə bağlı taksi operatorlarına xəbərdarlıq edilib. Müraciətdə bildirilib ki, İnzibati Xətalar Məcəlləsinə görə bu cür səhvlərə yol verən operatorlar 20 min manatdan 40 min manatadək cərimə oluna bilərlər. Operatorlar isə qeyd edirlər ki, yaranmış vəziyyətə real olaraq nəzarət etmək mexanizmi yoxdur. Sürücü onlayn qaydada qeydiyyatdan keçir, sənədləri göndərir, operator da onu qeydə alır. Amma operator sonradan sürücünün başqa maşınla vətəndaşa xidmət göstərməsinə nəzarət edə bilmir. Bu məsələ hələ açıq qalır. Aidiyyəti qurum təkidlə tələb edir ki, problem tez bir zamanda öz həllini tapsın. Çünki vətəndaşlar artıq ciddi şəkildə narazıdırlar. Hesab edirəm ki, bu, haqlı narazılıqdır. İnsanlar pul ödədiyi üçün keyfiyyətli xidmət almaq istəyir. Məsələn, bir maşın komfort taksi kimi qeydiyyatdan keçir, onu çağırdıqda yenə də görür ki, köhnə "Prius" gəldi. 2017-2018-ci ilin maşını kimi qeydiyyatdan keçib 15-20 ilin "Prius"u ilə xidmət göstərmək düzgün yanaşma deyil. Hesab edirəm ki, gec-tez dövlət qurumları bu məsələyə xüsusi formada yanaşacaq".

E.Muradlı vurğulayıb ki, burada vətəndaşların da köməyinə ehtiyac var:

"Vətəndaş belə halla rastlaşırsa, mütləq aidiyyəti üzrə məlumat verməlidir. Bir neçə taksi operatoru artıq açıq şəkildə təbliğat işi aparır. Operatorlar tərəfindən vətəndaşlara müraciət edilərək, belə hallar barədə məlumat verildikdə növbəti gedişlər üçün endirim ediləcəyi bildirilir. Gör vəziyyət nə qədər ciddidir ki, taksi operatorları özləri belə vətəndaşlardan kömək istəyir. Vətəndaşların aktivliyi bu məsələdə vacibdir. Bəziləri deyir ki, "əşi, nəyimə lazım", "çörəyinə bais olmayım". Lakin həmin şəxslər sonradan sosial şəbəkələrdə tənqid edir, şikayətlənməyə başlayır. Yaxşı, sən vətəndaş kimi mübarizə aparmayıb, vəziyyətin düzəlməsini tələb edirsən. Necə edək? Ona görə hamımız birlikdə səfərbər olub mübarizə aparmalıyıq. Burada çörəyə bais olmaqdan söhbət getmir. Adama deyirlər ki, normal şəkildə xidmət göstər. Başqa heç nə tələb olunmur. Mən də vətəndaşlardan belə hallar olduqda məlumat vermələrini xahiş edirəm. Aidiyyəti qurumlar da onlarla mübarizə apara bilsin".

Eksperti söyləyib ki, hazırda 12-13 min civarında avtomobil rəsmi olaraq taksi kimi qeydiyyatdan keçib:

"Bunlar bütün sənədləri qaydasında olan taksi sürücüləri sayılırlar. Amma bu, yaxşı rəqəm deyil. Hesab edirəm ki, bunun ardı mütləq olmalıdır. Nəzərə almaq lazımdır ki, Bakı şəhərində bu rəqəm indiyə qədər 70 min civarında idi. Düzdür, indi 35 mini taksi kimi fəaliyyət göstərir. Bu, 35 mindən 12 min civarı tam qaydalara uyğun fəaliyyət göstərir. Qalan 25 mini müəyyən kateqoriyalara uyğun gəlir deyə, hələlik fəaliyyət göstərmələrinə şans verilir. Lakin tez bir zamanda sertifikatlaşmada iştirak edib imtahanlardan keçməlidirlər. Ardınca da sağlamlıq arayışı, taksi buraxılış vərəqəsi kimi məsələləri həll edib qanuni şəkildə fəaliyyət göstərməlidirlər. Hələlik dəyib-dolaşmasalar da, tezliklə reydlər başlanacaq, qayda pozanlar cəzalandırılacaq. İndi bir az boş buraxılıb deyə, bəziləri deyir ki, "görürsünüz, demişdik ki, rəsmi qurumlar geri çəkiləcək, vəziyyət nəzərə alınacaq". Bu, nəzərə alma deyil, sadəcə düzəlmələri üçün şans verilir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tramp ABŞ-ın süni intellekt qərarnaməsini niyə ləğv etdi? - Səbəblər

Bakıda hər həftə sonu “KOB bazar” adlı satış yarmarkası keçiriləcək

Ötən il Azərbaycanda 6 min minik avtomobili istehsal edilib - Rəqəmlərdə artım

Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edilib

Fərid Səfərli Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilib

Prezident İlham Əliyev Davosda Latviya Prezidenti ilə görüşüb

Xoşbəxt və qeyri-xoşbəxt pulun fərqi

Xoşbəxt və qeyri-xoşbəxt pulun fərqi

Özəl pensiya fondlarının yaradılması ilə bağlı yeni detallar açıqlandı

“Xanımların işlə təmin edilməsi” adı ilə 57 nəfəri aldatdı

Metrodan istifadə qaydalarının pozulmasına görə cərimələr artırıldı

Gürcüstandan avtomobil idxalının azalmasının səbəbləri nələrdir?

Ödəmə terminalından 13 min manat oğurlandı

Fevralın 1-dən əmək pensiyasının minimum məbləği artır - MƏBLƏĞ

“Premium Bank”ın aktivlərinin dəyəri 44 milyon manat azalıb

Bizneslərarası rəqabətdə sağ qalmağın yolları

Bizneslərarası rəqabətdə sağ qalmağın yolları

AMB: Daşınmaz əmlakın katastrofik risklərdən icbari sığortası nəzərdə tutulur

Macarıstan Qazaxıstanda zavodların tikintisinə 83 milyon dollar sərmayə yatıracaq

Tramp digər ölkələrə yardım proqramlarını 90 gün müddətinə dayandırıb

Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərin növbəti məhkəməsi davam etdirilir

Həcc ziyarətinin qiymətləri son 5 ildə 2 500 manat bahalaşıb - Cədvəl

Həcc ziyarətinin qiymətləri son 5 ildə 2 500 manat bahalaşıb - Cədvəl

Səhiyyə Nazirliyi meymunçiçəyinin əsas əlamətləri və qorunma yollarını açıqlayıb

Azərbaycanda vəzifəli şəxsin evindən 244 minlik qızıl oğurlandı

“Azərbaycan İnvestisiya Holdinqi” sığortaçı axtarır

ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxır

Milyarder Mark Kuban da memecoin buraxır? - Təfərrüatlar

"Meta"dan vacib yenilik - "CapCut"a rəqib video redaktə proqramı

Ötən il əhalinin gəlirləri 5 milyard manat artıb - Rəsmi

Ötən il əhalinin gəlirləri 5 milyard manat artıb - Rəsmi

Azərbaycan neftinin qiyməti 83 dollardan aşağı enib

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin