BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
53420

Qanunvericiliyə əsasən, Azərbaycan ərazisində A, B, C kateqoriyalarına, B1 və C1 altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququ 18 yaşdan sonra əldə edilir.

Sürücülük vəsiqəsi almaq istəyən şəxs Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ərazi üzrə qeydiyyat-imtahan məntəqəsinə ərizə ilə müraciət etməlidir.

Oxu.az xatırladır ki, Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqələri Avropa Konvensiyasına qoşulan bütün ölkələrdə tanınır.

Bəzən sürücülük vəsiqələri öz ölkələrinə aid olan əcnəbi vətəndaşlar Azərbaycana gələrkən hansı halda avtomobil idarə edə biləcəkləri ilə bağlı məlumatlı olmurlar.

Bu səbəbdən də "Əcnəbi vətəndaşlar Azərbaycanda avtomobil idarə etmək üçün nəyi bilməlidirlər?" sualı ilə Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.

İdarədən cavab olaraq bildirildi ki, qanunvericiliyin tələbinə əsasən, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında respublikamızın ərazisində nəqliyyat vasitələrini idarə etmək hüquqlarına malikdir.

"Lakin əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində qanunla müəyyən edilmiş qaydada dəyişdirməlidir. Sürücülük vəsiqəsi dəyişdirildikdə xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni vəsiqə ilə birlikdə həmin şəxsə qaytarılır. Həmin şəxs də milli sürülük vəsiqəsi ilə yaranan hüquq və vəzifələri daşıyır", - deyə açıqlamada bildirilir.

Başqa sözlə desək, "Yol hərəkəti haqqında" Qanunun 35.1-ci maddəsinə əsasən, əcnəbi vətəndaşın aldığı sürücülük vəsiqəsinin müddəti ona ölkə ərazisində qeydiyyat icazəsi verildiyi müddətə bərabərdir. Yəni sürücülük vəsiqəsi əcnəbi vətəndaşın Dövlət Miqrasiya Xidmətindən aldığı şəxsiyyət vəsiqəsində göstərilən müddətə qədər etibarlı hesab olunur.

Qanunun bu tələbi pozulduğu halda (yəni xarici vəsiqə milli vəsiqə ilə əvəzlənməzsə) həmin şəxs Konstitusiya Məhkəməsinin 19 may 2022-ci il tarixli qərarına əsasən, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan (yəni sürücülük hüququ olmayan) şəxs hesab edilir.

Belə olduğu halda isə həmin sürücü vəsiqəsi olmayan şəxs kimi inzibati məsuliyyətə, cinayət xarakterli hadisədə təqsirli olduqda isə sürücülük hüququ olmadan qəza törətməyə görə Cinayət Məcəlləsinin 263-1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb edilir.

Qeyd edək ki, 1968-ci il Vyana Konvensiyasına uyğun olan xarici sürücülük vəsiqələri "ASAN xidmət" mərkəzlərində, imtahansız, 30 manat rüsum ödənilməklə Azərbaycan vəsiqəsinə dəyişdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda hər həftə sonu “KOB bazar” adlı satış yarmarkası keçiriləcək

Ötən il Azərbaycanda 6 min minik avtomobili istehsal edilib - Rəqəmlərdə artım

Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edilib

Fərid Səfərli Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilib

Prezident İlham Əliyev Davosda Latviya Prezidenti ilə görüşüb

Xoşbəxt və qeyri-xoşbəxt pulun fərqi

Xoşbəxt və qeyri-xoşbəxt pulun fərqi

Özəl pensiya fondlarının yaradılması ilə bağlı yeni detallar açıqlandı

“Xanımların işlə təmin edilməsi” adı ilə 57 nəfəri aldatdı

Metrodan istifadə qaydalarının pozulmasına görə cərimələr artırıldı

Gürcüstandan avtomobil idxalının azalmasının səbəbləri nələrdir?

Ödəmə terminalından 13 min manat oğurlandı

Fevralın 1-dən əmək pensiyasının minimum məbləği artır - MƏBLƏĞ

“Premium Bank”ın aktivlərinin dəyəri 44 milyon manat azalıb

Bizneslərarası rəqabətdə sağ qalmağın yolları

Bizneslərarası rəqabətdə sağ qalmağın yolları

AMB: Daşınmaz əmlakın katastrofik risklərdən icbari sığortası nəzərdə tutulur

Macarıstan Qazaxıstanda zavodların tikintisinə 83 milyon dollar sərmayə yatıracaq

Tramp digər ölkələrə yardım proqramlarını 90 gün müddətinə dayandırıb

Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərin növbəti məhkəməsi davam etdirilir

Həcc ziyarətinin qiymətləri son 5 ildə 2 500 manat bahalaşıb - Cədvəl

Həcc ziyarətinin qiymətləri son 5 ildə 2 500 manat bahalaşıb - Cədvəl

Səhiyyə Nazirliyi meymunçiçəyinin əsas əlamətləri və qorunma yollarını açıqlayıb

Azərbaycanda vəzifəli şəxsin evindən 244 minlik qızıl oğurlandı

“Azərbaycan İnvestisiya Holdinqi” sığortaçı axtarır

ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxır

Milyarder Mark Kuban da memecoin buraxır? - Təfərrüatlar

"Meta"dan vacib yenilik - "CapCut"a rəqib video redaktə proqramı

Ötən il əhalinin gəlirləri 5 milyard manat artıb - Rəsmi

Ötən il əhalinin gəlirləri 5 milyard manat artıb - Rəsmi

Azərbaycan neftinin qiyməti 83 dollardan aşağı enib

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Mərkəzi Bank bu il ilk dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin