BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.1932
  • TRY
    0.0433
  • GBP
    2.2936
52290

Bakının ictimai nəqliyyat problemləri sırasına daha biri əlavə olunub - bu, avtobus sürücüsü çatışmazlığıdır.

Oxu.Az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu günlərdə keçirilən brifinqdə bəyan etmişdi ki, "BakuBus"da D kateqoriyalı 1 000 sürücüyə ehtiyac var.

Nazirlik rəsmisi, eyni zamanda, taksi xidmətindən kənarlaşdırılan sürücülərin avtobusla sərnişindaşımalara cəlb olunması üçün geniş imkanlar olduğunu da diqqətə çatdırmışdı.

Avtobusdan mütəmadi istifadə edən vətəndaşları ən çox bir sual maraqlandırır - qarşıdan yeni dərs ili və COP29 tədbirinin gəldiyi bir vaxtda avtobus sürücüsü çatışmazılığı məsələsi necə həll olunacaq?

Məsələ ilə bağlı "BakuBus" MMC-yə sorğu ünvanladıq.

Qurumun mətbuat katibi Əsmər Əliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, aprel ayının 1-dən etibarən "BakuBus"a sürücü olmaq üçün 318 nəfər müraciət edib və bu müraciətlərin nəticəsində tələblərə uyğun gələn 166 namizəd işlə təmin olunub.

"Bu il "BakuBus" MMC fəaliyyətinin əhatə dairəsinin genişləndirilməsini və xidmət keyfiyyətinin artırılmasını hədəfləyir. Hər iki istiqamət böyük ölçüdə sürücülərin fəaliyyəti ilə bağlıdır. Hədəflərin reallaşması bu il daha 1 000 sürücünün işə götürülməsini nəzərdə tutur.

Eyni zamanda, "BakuBus" Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Dövlət Məşğulluq Agentliyi ilə birlikdə B və BC kateqoriyalı sürücülərin avtobus sürücüsü olmaq hüququ verən D kateqoriyası üzrə ixtisasının artırılması və işə götürülməsi layihəsini də həyata keçirir.

Qeyd edək ki, hazırda sürücü vakansiyaları ilə bağlı müxtəlif platformalarda - sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində məlumatlandırma kampaniyası həyata keçiririk", - deyə açıqlamada bildirilir.

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) də sorğu ünvanladıq.

Agentliyin Mətbuat Xidmətindən Oxu.Az-a verilən açıqlamada bildirildi ki, son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib.

"Həmçinin, bu il ərzində daha 200 avtobusun təmir olunaraq istismara qaytarılması, eləcə də 160 yeni elektrik avtobusunun da alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi planlaşdırılır. Avtobus parkının genişlənməsi bu sahədə yeni iş yerlərinin yaranmasına şərait yaradır. Hazırda təkcə "Bakubus" MMC-də sürücülər üçün 1 000-ə yaxın yeni iş yeri yaradılır.

Əmək Məcəlləsinə uyğun olaraq, sürücülərin növbəli rejimdə işləməsi nəzərdə tutulur. Onların sosial müdafiəsinin gücləndirilməsi və layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Nümunəvi fəaliyyətə görə, daha dəqiq desək, neqativ halların və cərimələrin olmamasına görə sürücülər aylıq mükafatlandırılacaqlar", - deyə məlumatda qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hövsanda yerləşən restoran 1 milyon manata satılır

Hövsanda yerləşən restoran 1 milyon manata satılır

Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb - Qardaşının payı azalıb

Komitə banklarda uşaqların adına kart açılmasına qadağa qoyulmasını təklif edir

Nəsli kəsilmiş quşun bir lələyi 48 min manata satıldı

"Mall"larda parkinq qiyməti qalxdı

Bakıda daha bir məşhur restoran sökülür - VİDEO

Firdovsi Məmmədov icraçı direktor təyin olundu

Universitet müəllimləri də MİQ imtahanı verəcək?

Azərbaycanda ən dərin zəlzələlər bu ərazidə baş verir

Nizami rayonunun icra başçısına yeni müavin təyin olundu - FOTO

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

"WhatsApp"da yeni dövr - İstifadəçilər telefon nömrəsi paylaşmadan yazışa biləcək

Bu ölkədən Azərbaycana 409 manata at gətirilir

Dərmanlarla bağlı yeni QƏRAR

Səs-küy salan qonşuları hansı cəza gözləyir?

"Meta" atom elektrik stansiyasının fəaliyyətini dəstəkləyəcək

Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi

Şifahi tərcümənin görünməyən məqamları

Yasamalda yerləşən uşaq bağçası satışa çıxarılıb - QİYMƏT

Neftin qiyməti 70 dollara yaxınlaşır

Tərkibində qızıl tozu olan kürünün 1 kiloqramı 193 min manata satılır

Tərkibində qızıl tozu olan kürünün 1 kiloqramı 193 min manata satılır

Avro və rubl dəyər itirir - Yeni məzənnə

Kriptovalyuta bazarı dəyərlənərkən, "Solana" geriləyir

Onlayn satışda müştəri tapmaq üçün 7 effektiv strategiya - SƏHƏR OXUSU

Şimali Koreyadan gizli çıxarılan telefon hər kəsi heyrətləndirdi - Avtomatik senzura sistemi...

Bu şirkətin qanuni təmsilçisi ölkədən çıxa bilmir

Arzuya gedən yol: "Real"da çalışmaq üçün mənzilini satan qazax qızın hekayəsi -MÜSAHİBƏ

Rahatlığınızı pozsa da, sizi uğurlu edəcək 10 vərdiş

10 manatlıq şirkətin vergi borcu var - Sahibkarın ölkədən çıxışına stop qoyula bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin