Nəqliyyat
12.01.2024 / 11:27
Metro keçən il güzəştli şərtlərlə neçə sərnişin daşıyıb?
40302
2023-cü ildə "Bakı Metropoliteni" QSC 219 milyon 452 min 134 sərnişin daşıyıb ki, bunun da 6 milyon 248 min 588-i və yaxud 2,85 %-i güzəştli şərtlərlə daşınıb.
Valyuta.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, ötən il orta hesabla gün ərzində 601 min 239 sərnişinə xidmət göstərilib. Ən çox sərnişin noyabrın 24-də daşınıb – 867 min 674 nəfər. Bu isə Bakı metrosunun tarixində bir gün ərzində daşınmış ikinci ən böyük göstəricidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay