BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
40142

2023-cü ilin dekabr ayında "Bakı Metropoliteni" QSC 544 min 830-u güzəştli olmaqla, 21 milyon 249 min 687 sərnişin daşıyıb.

Valyuta.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, bu, orta statistik hesabla gün ərzində 685 min 474 sərnişin deməkdir. Ay ərzindəki iş günlərində isə orta statistik hesabla 763 min 390 sərnişin metropolitenə daxil olub.

Ən çox sərnişin 804 min 556 nəfər olmaqla dekabrın 4-də, ən az sərnişin isə 378 min 605 nəfər olmaqla dekabrn 17-də daşınıb.

Postpandemiya dövründə sərnişin sayının əsaslı şəkildə artmağa başladığı, 3-cü rüb ərzində orta statistik hesabla gündəlik 681 min 104 sərnişin metropolitenin daşıma xidmətindən yararlanıb.

“Əlçatan metro” layihəsi üzrə dekabr ayı ərzində 81 sifariş daxil olub və hamısı icra edilib. Bu layihə 2019-cu ilin martından icra olunur, bu və digər səbəbdən metropolitendən istifadə imkanı məhdud olan sərnişinlərin müşayiəti məqsədi daşıyır.

Həmçinin Bakı metropoliteni 2024-cü ilin Yeni il bayramı gecəsi - yanvarın 1-ə keçən gecə şəhər gəzintisində olanların, küçə və meydanlarda keçirilən şənliklərdə iştirak edənlərin və Dənizkənarı bulvarda atəşfəşanlığı izləyənlərin marağını nəzərə alaraq, iş rejimini daha bir saat uzatmışdı. Lakin sərnişin axını nəzərə alınaraq, gecə saat 02:00-dək bütün stansiyalar sərnişinlərin girişinə açıq saxlanılıb. Bayram gecəsi metropolitendə ciddi neqativ hallar müşahidə olunmayıb.

2022-ci ilin dekabr ayı ilə müqayisədə hesabat ayında 43 min 937 və yaxud 0,2 % az sərnişin daşınıb. 2019-cu ilin dekabrı ilə müqayisədə isə 2023-cü ilin son ayında sərnişinlərin sayı 6,9 % az olub. Bütün bunlara baxmayaraq 2023-cü ildə ən çox sərnişin dekabr ayında daşınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İdeal ailə səyahəti üçün ən uyğun avtomobil bəlli oldu

Güzəştli əsaslarla yaşa görə pensiya hansı halda yenidən hesablanır?

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin