BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
39115

Yanvarın 1-dən bütün ölkə üzrə elektron əmtəə nəqliyyat qaiməsinin yükdaşımalara şamil ediləcək

Bunu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində keçirilən “İkitərəfli ticarət dövriyyəsinin artırılmasında nəqliyyat və logistika mərkəzlərinin rolu” panelində çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Bəs nədir elektron əmtəə nəqliyya qaiməsi? 

Valyuta.az bu qaimə ilə bağlı bəzi məlumatları təqdim edir:

Avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin daşınması əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilir. Bu sənəd həm daşınma müəssisəyə məxsus avtomobil nəqliyyatı ilə həyata keçirildikdə, həm də kənar daşınma müəssisəsi tərəfindən həyata keçirildikdə tərtib edilir.

Əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş əmtəə təyinatlı yüklər daşınma üçün qəbul edilə bilməz.

Əmtəə-nəqliyyat qaiməsi Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları ilə müəyyən olunmuş formada tərtib edilir. Yük daşınması müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa, əmtəə-nəqliyyat qaiməsi yükgöndərən tərəfindən tərtib edilir. Yüklərin daşınması daşıyıcı müəssisə ilə bağlanmış müqavilə əsasında təşkil edildikdə, əmtəə-nəqliyyat qaiməsi hər iki müəssisə tərəfindən tərtib edilə bilər.

Bir daşınma üçün yalnız bir əmtəə-nəqliyyat qaiməsi tərtib edilməlidir. Bir neçə daşınma əməliyyatları üçün eyni əmtəə-nəqliyyat qaiməsinin istifadə etmək olmaz.

Misal üçün, eyni məhsulu fərqli müəssisələrə çatdırmaq lazımdırsa, o zaman, hər bir çatdırılmaya ayrı əmtəə-nəqliyyat qaiməsi tərtib edilməlidir.

Əmtəə-nəqliyyat qaiməsində aşağıdakılar göstərilir:

yük alanın ünvanı;
yükün çatdırılma yeri;
yük yerlərinin miqdarı, qabı, tərkibi və brutto çəkisi;
yükün göndərilmə vaxtı və avtonəqliyyat vasitəsinin növü;
yük qiymətli obyekt olduqda – onun dəyəri;
xüsusi təhlükəli və potensial təhlükəli yük olduqda - təhlükənin konkret növü və belə hallarda yerinə yetirilməli ehtiyat tədbirləri;
qaimənin tərtib edildiyi yer və tarix;
yükgöndərənin adı və ünvanı;
daşıyıcının adı və ünvanı;
yükləmənin yeri və tarixi;
yük yerlərinin adı və nömrələri;
daşınmanın qiyməti (yük daşınması üçün haqq, əlavə xərclər);
zərurət olduqda, daşınmanın şərtləri barəsində yükgöndərənin xüsusi göstərişləri.
Zəruri hallarda əmtəə-nəqliyyat qaiməsində aşağıdakı məlumatlar göstərilə bilər:
yükün boşaldılıb başqa nəqliyyat vasitələrinə yüklənməsinin qadağan edilməsi;
tərəflərin öz üzərinə götürdükləri və ya bir-birinə verdiyi avansın məbləğləri;
yük alanın daşıyıcıya ödədiyi məbləğ;
yükün dəyəri;
yükün sığortalanmasına dair yükgöndərənin göstərişi;
yükün daşınması üçün şərtləşdirilmiş müddətlər;
daşıyıcıya yüklə birlikdə verilmiş sənədlərin siyahısı.

Yük daşınması müqaviləsinin tərəfləri zəruri hesab etdikləri digər məlumatları əmtəə-nəqliyyat qaiməsinə daxil edə bilərlər.

Davud
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər (VİDEO)

Dolu düşüb, qar yağıb, 1 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Azərbaycanda bu zavodun gəlirlə işləməməsinin səbəbləri araşdırılacaq

Sabah IV sinif şagirdləri üçün monitorinq keçiriləcək

Azərbaycan neftinin qiyməti bahalaşıb

Avro və lirə ucuzlaşdı - Məzənnə

Bakının bu ünvanında binalar söküləcək, yeniləri tikiləcək (FOTO)

Quba və Qusara qar yağır

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin