BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
37349

“8 Noyabr prospektində vətəndaşlar əgər yerüstü keçidlərindən istifadə etmirlərsə, bu barədə müvafiq qurumlar düşünməli və həmin piyadalar üçün bir çıxış yolu tapmalıdrlar ki, onlar yolun bir tərəfindən digər tərəfinə keçə bilsinlər”. 

Bunu Valyuta.az-a nəqliyyat eksperti Eldəniz Cəfərov Bakının böyük prospektlərindən bir olan 8 Noyabr prospektində vətəndaşların yerüstü keçidlərdən istifadə etməmələri haqqında danışarkən deyib.

Eldəniz Cəfərov deyib ki, yerüstü piyada keçidlərinin müsbət cəhətləri ilə yanaşı mənfi cəhətləri var:

“Yaşlı insanlar, əlilliyi olanlar, uşaqlar bu keçidlərdən keçərkən müəyyən çətinlik yaşayırlar. Hündürükdən qorxan insanlar da var ki, onlar da bu keçidlərdən istifadə etmirlər. Mənə görə ən təhlükəsiz piyada keçidi yeraltı piyada keçidlərdir. Əgər hansısa yolda maksimal sürət həddi 50-60km/saat-dırsa, onda həmin yola nizamlanan və nizamlanmayan  eyni səviyyəli piyada keçidi yerləşdirmək olar. Ancaq bu o demək deyil ki, yerüstü piyada keçidləri bizə lazım deyil, bir alternativ kimi olmalıdır. Piyada keçidləri eyni səviyyəli, yeraltı və yerüstü olmalıdır”. 

Nəqliyyat ekspertinin sözlərinə görə, belə yollarda qəza olsa da, həmin sürücülər məsuliyyətdən azad edilmir:

“Çünki “Yol hərəkəti haqqında” qanunla bu qaydalar tənzimlənir. Sadəcə yüngülləşdirici məqamlar ola bilər. Belə qəzalarda sürücünün günahının olub-olmaması aydınlaşdırılmalıdır. Bunu da artıq ekspertiza müəyyən edir”. 

Həmsöhbətimiz əlavə edib ki, bu gün Bakı şəhərində olan eyni səviyyəli piyada keçidləri piyadalar üçün çox təhlükəlidir:

“Çünki avtomobil yolları qaranlıq olur, piyada keçidləri işıqlandırılmır, həmin ərazilərə lazımi işarələr qoyulmur, yol nişanları olmur. Bu da həm sürücü, həm də piyada üçün təhlükə yaradır. Düşünürəm ki, bu təhlükələri aradan qaldırmaq, piayadaların həyatını riskə atmamaq üçün piyada keçidləri ilə bağlı xüsusi layihələr olmalıdır. Piyada keçidlərinin işıqlandırılması olmalı, nişanlarla həmin piyada keçidi tənzimlənməlidir. Bu keçidlərdə svetoforlar olmalıdr. Belə olsa, piyadaların iştirakı ilə baş tutan qəzalarıv və piyada vurmalarının da sayı azalar”. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin