
20.11.2023 / 18:43
Türk iş adamları AZAL-dan maddi ziyan tələb edir
“Azərbaycan Hava Yolları” (Azal) Qapalı Səhmdar Cəmiyyəti (QSC) məhkəməyə verilib.
Valyuta.az xəbər verir ki, iddiaçılar İlhan Bağla İlhami və Muhammed Güven Ürüşandır.
Onların iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq. Dekabrın 8-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Vüsalə Musayevanın sədrliyi ilə keçiriləcək.
İşin mahiyyəti maddi ziyanın tələb edilməsi ilə bağlıdır. İnternet resurslarında araşdırmalarımızdan məlum olur ki, İlhan Bağla İlhami və Muhammed Güven Ürüşan iş adamlarıdır.
Hüseyn
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay