Nəqliyyat
30.09.2023 / 10:39
Bu sürücülər 30 manat cərimələnəcək (VİDEO)
33544
Dövlət Yol Polisi (DYP) yolları zibilləyən sürücülərə müraciət edib.
DYP-dən bildirilib ki, yolların nəqliyyat vasitələrindən atılan məişət tullantıları ilə zibillənməsi halı təəssüf ki, hazırda da davam edir.
"Bəzən sükan arxasında olan sürücülər çəkdikləri siqaret kötüyünü qutusunu və yaxud da avtomobilin içərisində yedikləri müxtəlif növ qida qalıqlarını, qablarını şüşədən çölə atırlar. Bu hallar tək sürücülərlə yekunlaşmır, sərnişinlər də məlum qaydaları pozurlar. Belə olan halda isə Yol hərəkəti haqqında Qanunun tələblərinə əsasən magistral yolları zibilləyən sürücülər 40 manat, sərnişinlər isə 30 manat cərimə edilir. Unutmayaq ki, hər bir vətəndaş ətraf mühitin qorunmasında, təmizliyə riayət edilməsində mütləq məsuliyyət daşıyır”, - deyə məlumatda qeyd edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay