BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1606
29691

İyun ayının 24-25-i şənbə və bazar günləri olsa da, iş günləri elan edildiyindən Bakı metropolitenində qatarların hərəkəti adi iş günü qrafiki ilə tənzimlənəcək.

Bu barədə Valyuta.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Açıqlamada deyilir ki, bununla əlaqədar “28 May-Həzi Aslanov” istiqamətində saat 07:00-dan 21:00-a qədər qatarların hərəkəti 2,5 dəqiqəlik intervalla tənzimlənəcək.

“28 May” stansiyasında "qırmızı" və "yaşıl" xətlər kəsişərək birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində interval 2 dəfə artıq olacaq. “Bakmil” istiqamətində qeyd edilənləri nəzərə alaraq, iyun ayının 24 və 25-də iş günləri qrafiki qüvvədə olacaq", - məlumatda deyilir.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə iyun ayının 26-dan iyulun 3-nə qədər ölkəmizdə qeyri-iş günləri elan edilib. Bu səbəbdən qeyd edilən müddətdə Bakı metropolitenində qatarların hərəkəti qeyri-iş günləri qrafiki ilə tənzimlənəcək. Qatarlar “28 May-Həzi Aslanov” sahəsində saat 07:00-dan 21:00-a qədər 3 dəqiqəlik intervalla hərəkət edəcək. “28 May” stansiyasından sonra “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində interval 2 dəfə artıq olacaq.

Qeyd edilənləri nəzərə alaraq, sərnişinlərin “Bakmil” istiqamətində və əksinə qatarların hərəkətini qeyri-iş günləri qrafikinə uyğun nəzərə almaları xahiş olunur. Hərəkət cədvəlləri ilə "Bakı Metropoliteni"nin rəsmi saytında müvafiq bölmədə (//metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) tanış olmaq mümkündür.

"Sərnişin axınının tənzimlənməsi məqsədilə ehtiyat qatarlar həm iş günləri, daha sonra qeyri-iş günlərinin xüsusiyyətlərinə uyğun nəzərdə tutulacaq və zərurət yarandıqda xəttə buraxılacaq. İş və istirahət günlərində "Bənövşəyi" xətdə və “Xətai-Cəfər Cabbarlı” sahəsində hərəkət edən qatarların intervalları dəyişməz olaraq qalacaq", - QSC bildirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Aznur” şirkəti AQTA-nı məhkəməyə verdi

Dəniz səviyyəsinin qalxması hansı təhlükələrə səbəb ola bilər?

"Əşrəfoğlu" cərimələnə bilər

Polşanın dövlət borcu rekord həddə çatdı

Böhran xarici oyunçuları Almaniyanın daşınmaz əmlak bazarını tərk etməyə məcbur edir

“Azəristiliktəchizat” icbari sığorta müqaviləsi bağlamayıb?

Azərbaycanda iki şirkət Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilir

"iPhone"un büdcə versiyasının təxmini qiyməti məlum oldu

"FİRST ACADEMY"yə protokol tərtib edildi

AK: "Avropa hələ də Rusiya enerjisindən tam müstəqilliyə nail olmayıb"

Meriya ilə şirkət arasında icarə mübahisəsi

ABŞ Almaniyadan Rusiyaya qarşı sanksiyalara əməl etməyi gücləndirməyi tələb etdi

Bakıda “Təşəbbüslərin artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu” keçirilib

Nazirdən yeni təyinat (FOTO)

Nazirdən yeni təyinat (FOTO)

“Bakı Metropoliteni” 2 milyonluq təmirə başlayır

Aİ Ukraynadan Rusiyadan qaz tranzitini uzatmağı xahiş etməyəcək

TƏBİB-dən məşhur iş adamının şirkətinə 14 minlik sifariş

Zərgərlik sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Prezidentdən Agentliyin fəaliyyəti ilə bağlı fərman

Bakıda bəzi ərazilərin elektrik enerjisi ilə təchizatında fasilələr olacaq

Ehtiyat hissələri satarkən aldatmayın, alarkən isə aldanmayın

Azərbaycanda qızıl sürətlə bahalanır – Son qiymətlər

Azərbaycan üçün Şengen vizasının rüsumu artırılır? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda maaşlar 100 manata qədər artdı

Yaylağa köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti başa çatır

İranda prezident seçkilərinin tarixi təsdiqlənib

İqtisadiyyat naziri: Azad olunan ərazilərdə Özbəkistanla tekstil sahəsində birgə iş planlaşdırılır

Yağış intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanda sığorta yığımlarının həcmi 543 mln. manata çatıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin