BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
27788

Dəmir yolları xəttinin Qaradağ rayonu Səngəçal-Qobustan mənzilinin 67-ci kilometrliyində quraşdırılan ümumilikdə 6 ədəd drossel-transformatoru oğurlamaqda şübhəli bilinən 3 nəfər – əvvəllər məhkum olunmuş Böyükağa Hüseynov, onun qohumları Elçin Ağayev və Şükür Salmanov növbəti dəfə transformatorları oğurlamaq istəyən zaman Qobustan qəsəbəsi ərazisində hüquq mühafizə orqanları tərəfindən maddi sübutlarla birlikdə saxlanılıblar.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Qaynarinfo-ya bildirilib ki, son zamanlar dəmir yolu infrastrukturunun normal fəaliyyət göstərməsinə kənar şəxslər tərəfindən müdaxilələr artıb.

Xüsusilə yük və sərnişin qatarlarının hərəkət etdiyi baş yollarda yolun üst quruluşu elementlərinin oğurluq halları (rels yanlığı, rels atlığı, müxtəlif təyinatlı naqillər, drossel transformatorlar və s.) daha çox baş verir.

ADY və hüquq–mühafizə orqanlarının həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində baş verə biləcək ağır hadisələrin qarşısı vaxtında alınıb. Dəmir yolu qurğuları və avadanlıqlarının talan edilməsi yol infrastrukturuna küllü miqdarda ziyan vurmaqla yanaşı qatarların real rejim üzrə təhlükəsiz hərəkətinə ciddi risklər yaradır.

Qeyd edək ki, aprel ayının son 12 günü ərzində 7 oğurluq halı baş verib və şübhəli şəxslər saxlanılıb. İnfrasturktura vurulan ziyan dəmir yolları ilə daşınan təhlükəli yüklərin dağılmasına, ətraf mühitin çirklənməsinə, o cümlədən sərnişinlərin həyatına ciddi təhlükə yarada bilər.
ADY vətəndaşları dəmir yolları infrastrukturuna xüsusi diqqətlə yanaşmağa, zərər vurmamağa, oğurluğa cəhd halları ilə rastlaşdıqda isə yaxınlıqda yerləşən dəmir yolu stansiyası və hüquq mühafizə orqanlarına dərhal məlumat verməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Çıxarışsız evlərin sığorta problemi necə həll ediləcək? (VİDEO)

Dağlıq rayonlarda qar yağıb - Faktiki hava

Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? (Video)

20 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI

GMO-lu qidalara necə nəzarət olunmalıdır?

"TikTok" ABŞ-də fəaliyyətini dayandırıb

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

H.Əliyevanın ailəsinə qarşı cinayət törədənlər müəyyən edildi – Zərər ödənildi - YENİLƏNİB

Trampın 1 saata 10 milyard dolları keçən yeni kriptovalyutası

Mərkəzi Bank uçot dərəcəsini azaldacaqmı? - “Fitch Ratings”in proqnozu

Azərbaycanda Aliment Fondu yaradılacaq (VİDEO)

Kanadada 2025-ci il üçün vergi dərəcələri - Təhlil

XVIII əsrə aid məscidin bərpasına başlanılır - 70 min manat ayrıldı

Faktiki hava açıqlanıb

Yasamalda istehsala yararsız ətin satışının qarşısı alındı

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

Azərbaycan nefti ucuzlaşıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin