BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.7488
  • RUB
    1.6559
  • TRY
    0.0479
  • GBP
    2.0771
21994

Bakıda tez-tez digər minik avtomobillərinin avtobus zolağına daxil olduğunun şahidi oluruq. Məsələn, səhər saatlarında Dövlət Bayrağı Meydanından Əl Oyunları Sarayının qarşısına kimi avtobuslar üçün nəzərdə tutulmuş zolağında minik avtomobilləri də hərəkət edir. Yəni bütün bunlar nizamlayıcı qismində olan yol polisinin göstərişi ilə deyil, özbaşına edilir. Bütün bunlar isə avtobuslardakı sərnişinlər tərəfindən narazılıqla qarşılanır.

Maraqlıdır ki, həmin sürücülər Əl Oyunları Sarayının qarşısındakı işıqforda dayanan yol polisi əməkdaşının qarşısından belə avtobus zolağından sərbəst keçirlər.

Belə olduğu təqdirdə vətəndaşlarda sual yaranır ki, bəlkə avtobus zolaqları ilə bağlı qadağa ləğv edilib? Yaxud yol polisi belə sürücülərlə bağlı niyə tədbir görmür?

Redaktor.az-ın suallarını cavablandıran Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov öncə qeyd etdi ki, Bakı şəhərində bir neçə ərazidə avtobus zolaqları mövcuddur:

“Bakı şəhərinin inzibati ərazisinə düşən bir neçə küçə və prospektlərdə xüsusilə sərnişinlərin rahat və fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə avtobus zolaqları yaradılıb. Müəyyən məsafələrdə yaradılmış bu zolaqlar üzrə vaxtı göstərən və başqa nəqliyyat vasitələrinin hərəkətini qadağan edən müvafiq yol nişanları da qoyulub. Bu zolaqlar 20-ci sahədən Azneft dairəsinə qədər, Yusif Səfərov küçəsinin Afəddin Cəlilov küçəsi kəsişməsindən 10-cu zavod dairəsinə qədər, Atatürk prospektinin Fətəli xan Xoyski kəsişməsindən Ziya Bünyadov kəsişməsinə qədər, Babək prospektinin 10-cu zavod dairəsindən NZS qəsəbəsinədək olan hissəsində, Füzuli küçəsində də, Rəşid Behbudov küçəsi kəsişməsindən Cəfər Cabbarlı küçəsinə qədər olan hissəsində var”.

Şöbə rəisi bildirdi ki, bu zolaqlar ona görə ayrılıb ki, ondan yalnız ictimai nəqliyyat vasitələri istifadə etsin:

“Sürücülər kimi sərnişinlər də getdiyi ünvana rahat gedə bilsin. Bunun üçün də konkret tələb var. Bu zolağa daxil olub hərəkət etmək inzibati xəta tərkibi yaradır. Ona görə də bu zolaqlarda səhər saat 7-dən axşam 9-a qədər, bəzi yerlərdə 8-dən 9-a qədər bütün növ avtomobillərin hərəkətini qadağan edən yol nişanları qoyulub. Eləcə də bu zolaqlar üzrə nə zaman avtomobillərin hərəkət etməsinə icazə verən lövhəciklər də qoyulub. Bu zolağa daxil olub hərəkət etmək inzibati xətadır”.

Vaqif Əsədovun sözlərinə görə, sürücülər yalnız polisin göstərişi ilə avtobus zolaqlarına daxil ola bilər:

“Lakin qanunvericiliyin tələbinə uyğun olaraq yol polisi nizamlayıcı qismində olur, digər sürücülərə hərəkət etməyi göstərirsə, deməli sürücü bu tələbləri yerinə yetirməlidir. Yəni sürücülər bu zolağa daxil olub hərəkət edirsə, deməli yol polisinin göstərişidir. Yaxud da yol nişanı yoxdur deyə sürücülər bu ərəfədə daxil olub. Bu gün avtobus zolağına daxil olub hərəkət etməklə əlaqəli paytaxtımızda avtomatik elektron qərar qəbul edilərək sürücünün məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati tənbeh tədbirləri də görülür.

Yəni bu o demək deyil ki, avtobus zolağı nəzarətsizdir və kim istəyir ora girir. Ya icazə verilən vaxtlarda sürücülər daxil olub hərəkət edir, ya da polislərimiz nizamlayıcı qismində olarkən sürücülərimizə vəziyyətdən və hərəkət şəraitindən asılı olaraq icazə verirlər. Əməkdaşlarımız bu zolağa daxil olub, hərəkət edib, sürəti artırmaqla hərəkəti tənzimləyir. Əgər polisin qabağından keçirlərsə, deməli buna səbəb var. O demək deyil ki, polis göz yumur”.

Müsahibimiz dedi ki, gündə yüzlərlə avtomobil bu qaydanı pozduğu üçün cərimələnir:

“Kameralar varsa, avtomatik olaraq hərəkətə nəzarət edirsə, kim tələbi pozub bu zolağa daxil olursa, barəsində iş görülür. Gündə 100-lərlə belə hərəkət qaydasını pozanlar barədə inzibati tənbeh tədbiri avtomatik görülür və elektron qərarlar qəbul edilir. Sorğu aparsanız görəcəksiniz ki, neçə nəfər adam deyəcək ki, “hə mən ora girdim, mənim şəklimi çəkdilər”. Bu zolaqlar yaranıb ki, yalnız avtobuslar daxil olsun. Avtobusların daxil olub hərəkət etməsini göstərən yol nişanları da var. O yol nişanlarının tələbləri nədirsə, ona uyğun da vətəndaşlarımız hərəkət edir”.

Vaqif Əsədov bildirdi ki, cərimələr kamera tərəfindən avtomatik olaraq yazılır:

“Polis əməkdaşının özünün tələbi ilə hərəkətin təhlükəsizliyinin təmin edilməsi, yarana biləcək süni sıxlığın qarşısının alınması, hərəkətin nizamlanması üçün polis özü də göstəriş verir. Özbaşına kim çıxırsa, onlar barəsində tədbir görülür. Bəzi şəxslər deyir ki, “mən 3 metr arxadan girmişəm bu zolağa, niyə məni çəkib, elektron qərar qəbul edilib”? Çünki bu zolaqda hərəkətə kamera nəzarət edir. Ayrılmış xüsusi yerdən, yəni qırıq-qırıq xətdən dönməlisən. Əgər qırıq-qırıq xətdən girib çıxmırsansa da çəkilir. O kameraya kamanda belə verilib. Bu zolaqlar üzrə hərəkət, qoyulmuş yol nişanlarının tələblərinə uyğun aparılır, eyni zamanda da nəzarət edilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İqtisadi fəaliyyət qaydalarını pozan şirkət cərimələnir

Keçmiş deputata məxsus şirkət gömrük qaydalarını pozmaqda ittiham edilir

Ağdamla bağlı 107 milyonluq layihə - Çoxfunksiyalı yaşayış binaları tikiləcək

Nəsli kəsilmiş heyvanlar geri qayıda bilərmi? – Araşdırmalar başlandı

Yasamalda Mərkəzi Parkın tikintisinə daha 37 milyon xərclənəcək

Qiymətləri şişirdilmiş 8 yeni avtomobil: Ekspertlər onların almamağı tövsiyə edir

Parklanma xidmətindən narazılıq - Vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur

"Politico": Aİ Ukraynadan tranzit dayandırıldıqdan sonra Rusiyadan rekord sürətlə qaz alıb

Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu üzrə razılığa gəliblər

Avro bölgəsində inflyasiya artdı

Banklar son 2 ildə nə qədər kredit veriblər? - Tam siyahı

Davosda 124 milyardlıq görüş - “Ağıllı dövr üçün əməkdaşlıq”

"USQ"yə kriptovalyuta göndərdi - 7 il həbs cəzası aldı

"Premium Bank"ın əsas səhmdarı vəfat edib

Abbas İbrahimov: “Bu il ilk dəfə 35 mindən artıq səhmdarımızla gəlirlərimizi bölüşəcəyik”

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

Bu il hansı məhsullar bahalaşdı?

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

Əhalinin bir nəfəri orta hesabla ayda 632 manatlıq mallar alıb

Prezident: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3.6 milyard dollar sərmayə qoyub

London birjası rekord qırdı

Azərbaycanda əhalinin gəlirləri 83 mlrd. manatı keçib

Kapital Bank 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa Forumunda®

Qanun pozuntularına yol verərək cərimələnən həkim və klinikaların sayı - RƏSMİ

İmran Xan və həyat yoldaşı ümumilikdə 21 il həbsdə qalacaqlar

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Nikahların sayı azaldı

Azərbaycan əhalisinin sayı açıqlandı

İlham Əliyevlə İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin