BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.7488
  • RUB
    1.6559
  • TRY
    0.0479
  • GBP
    2.0771
21962

“AZAL-ın ziyanla işləməsinin əsas səbəbi, mövcud iqtisadi-siyasi sistemlə birbaşa bağlıdır. Yəni, bu faktın Cahangir Əsgərov və ya bir başqasının tamahkarlığı, bacarıqsızlığı ilə izah edilməsi, primitiv yanaşma olardı”. 

İqtisadçı Qaşqay İsmayıl  AZAL-ın ziyanla işləməsi ilə bağlı məlumatları İndex.az-a şərh edərkən belə deyib. Onun sözlərinə görə, Rusiyada olduğu kimi, ölkəmizdə də iri dövlət şirkətləri hakim dairələrin pul kisəsi rolunu oynayır:

“Belə şirkətlər vasitəsilə həm iri monopolist şirkətlərin gəlirləri əldə edilir, həm də büdcədən ayrılan böyük məbləğlərlə bağlı əməliyyatlar həyata keçirilir. Şirkətə kimin rəhbərlik etməsi və icazə verilən həddə qazanması burada ikinci dərəcəli amildir. Digər tərəfdən, müasir dövlətin iqtisadiyyatda başlıca funksiyası iqtisadi inkişafın təmin edilməsi olmalıdır. Dövlətin aviaşirkətlərə, banklara, metroya, hətta avtobus marşrutlarına sahib olması, bu şirkətləri idarə etməsi birmənalı olaraq qanunsuzluqlara və yeyintilərə yol açır. Dövlətin bizneslə məşğul olması, strateji olmayan iqtisadi sahələri öz nəzarətində saxlaması qeyri-effektivdir, inkişafın qarşısını alır və biznesə əlavə problemlər yaradır”.

Qeyd edək ki, mediada zərəri qarşılamaq üçün AZAL-ın biletlərin satış qiymətlərini artıracağı barədə fikirlər də səslənib. Buna münasibət bildirən Q.İsmayıl qiymət artımının şirkətə o qədər də faydalı olmayacağı qənaətindədir:

“Nəzərə almaq lazımdır ki, AZAL-ın qiymətlərinin baha olması müəyyən qədər şişirdilmiş anlayışdır. Bəzi istiqamətlərdə şirkət monopolist olmasından istifadə edərək qiymətləri qaldıra bilir, lakin bu qiymətlər fantastik baha deyil. Konkret olaraq pandemiyaya qədərki müəyyən reysləri, məsələn Bakı-Dubay və Bakı-Tel-Əviv reyslərində qiymətlər digər aviaşirkətlərdən kəskin  fərqlənmirdi, hətta bəzən ucuz da olurdu. Digər tərəfdən, tam azad bazar olmasa da, qiymətlərin müəyyənləşməsində bazarın da rolu vardır. Ən əsası isə biletləri bahalaşdırmaqla AZAL öz zərərinin yalnız cüzi hissəsini qarşılaya bilər. Ancaq bu, mürəkkəb prosesdir və şirkətin qiymət artımından gəlirlə, yoxsa ziyanla çıxacağını proqnozlaşdırmaq mümkün deyil”.

AZAL-ın gələcək idarəetməsinə gəlincə, iqtisadçı şirkətin regional aviadaşıyıcıya çevrilmək üçün bütün imkanlarının mövcud olduğunu deyib. Bununla Bakının hub-a çevrilməsini də istisna etməyib:

“İdarəetmə daha çevik olarsa, bazar prinsiplərinə üstünlük verilərsə, azad bazarın subyektinə çevrilərsə, inkişaf etmək üçün şərtlər göz qabağındadır. Bu həm də Bakının regional hub-a çevrilməsi demək olar. AZAL-ın yeni və müasir təyyarələri, modern Bakı aeroportu, maddi-texniki bazası inkişaf üçün fundament rolunu oynaya bilər. İnsafən, qiymətlərin bahalığını dedikdə nəzərə almalıyıq ki, şirkət ən müasir təyyarələrdən istifadə edir, yəni, qiymət baxımından onu hər hansı loukosterlə müqayisə etmək yersiz olardı”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İqtisadi fəaliyyət qaydalarını pozan şirkət cərimələnir

Keçmiş deputata məxsus şirkət gömrük qaydalarını pozmaqda ittiham edilir

Ağdamla bağlı 107 milyonluq layihə - Çoxfunksiyalı yaşayış binaları tikiləcək

Nəsli kəsilmiş heyvanlar geri qayıda bilərmi? – Araşdırmalar başlandı

Yasamalda Mərkəzi Parkın tikintisinə daha 37 milyon xərclənəcək

Qiymətləri şişirdilmiş 8 yeni avtomobil: Ekspertlər onların almamağı tövsiyə edir

Parklanma xidmətindən narazılıq - Vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur

"Politico": Aİ Ukraynadan tranzit dayandırıldıqdan sonra Rusiyadan rekord sürətlə qaz alıb

Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu üzrə razılığa gəliblər

Avro bölgəsində inflyasiya artdı

Banklar son 2 ildə nə qədər kredit veriblər? - Tam siyahı

Davosda 124 milyardlıq görüş - “Ağıllı dövr üçün əməkdaşlıq”

"USQ"yə kriptovalyuta göndərdi - 7 il həbs cəzası aldı

"Premium Bank"ın əsas səhmdarı vəfat edib

Abbas İbrahimov: “Bu il ilk dəfə 35 mindən artıq səhmdarımızla gəlirlərimizi bölüşəcəyik”

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

Bu il hansı məhsullar bahalaşdı?

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

Əhalinin bir nəfəri orta hesabla ayda 632 manatlıq mallar alıb

Prezident: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3.6 milyard dollar sərmayə qoyub

London birjası rekord qırdı

Azərbaycanda əhalinin gəlirləri 83 mlrd. manatı keçib

Kapital Bank 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa Forumunda®

Qanun pozuntularına yol verərək cərimələnən həkim və klinikaların sayı - RƏSMİ

İmran Xan və həyat yoldaşı ümumilikdə 21 il həbsdə qalacaqlar

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Nikahların sayı azaldı

Azərbaycan əhalisinin sayı açıqlandı

İlham Əliyevlə İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin