BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
14768

“İstər Bakı daxilində, istərsə rayonlararası və şəhərlərarası qanunsuz sərnişindaşımalara son qoyulmalıdır”.

Valyuta.az xəbər verir ki, bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov problemin daha çox dövlət büdcəsinə ziyan vurduğuna diqqət çəkib:

“Bəziləri VÖEN əsasında çalışsa da, böyük qisminin heç bir sənədi yoxdur və onlar qanunsuz fəaliyyət göstərirlər. Bunun qarşısını isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi almalıdır. Çünki nazirliyin nəzarətlə bağlı tabeli qurumları, şöbələri var. Ümumiyyətlə haradasa maşını saxlmaq qeyri-mümkündür, o dəqiqə cərimə yazırlar, amma qeyri-qanuni daşımların qarşısını ala bilmirlər?

Bəzən fikirlər səsləndirilir ki, məsələ Daxili İşlər Nazirliyilə birgə həll edilməlidir. Amma məncə bunu heç DİN səviyyəsinə qaldırmağa da ehtiyac yoxdur. Avtovağzalların qarşısındakı qanunsuz daşımaları göstərmək üçün əlavə quruma ehtiyac yoxdur axı, onlar çox qəşəng bilirlər yerlərini. Avtovağzalın böyrü-başı qanunsuz daşımalarla doludur. Onların özlərinin kameraları var, hər şeyi izləyirlər”.

Deputat problemə rəvac verən hallardan biri kimi işsizliyi əsas göstərib:

“Mən heç bir halda qanunsuzluğa haqq qazandırmıram. Amma normal iş yerləri, şərait olsaydı, o insanlar da həm özlərinin, həm də digərlərinin həyatını riskə ataraq, bu yolla pul qazanmağı seçməzdilər. Çünki bir çox hallarda baş verən qəzalar zamanı məhz nəqliyyat vasitəsinin qanunsuz daşıma ilə məşğul olduğu meydana çıxır. İnsan həyatı ilə bu cür oynamaq olmaz”.
 
Parlamentari son vaxtlar nəqliyyatla bağlı çox sayda suallar yarandığını bildirib:

“Ümid edək ki, yeni gələn nazir bunların həllinə çalışacaq. Qanunsuz sərnişindaşımaların qarşısı mütləq şəkildə alınmalıdır ki, dövlət büdcəsinə daxilolmalar artsın, vergidənyayınma halları aradan qalxsın”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Gömrük Komitəsindən şirkətə 1500 manatlıq protokol

Məhkəmə Commerzbank-ın Rusiyadakı törəmə bankının səhmlərinə həbs qoydu

İcra hakimiyyətinin üç tenderi ləğv edildi

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi

BVF-nin Rusiya üzrə direktoru: BRİKS dollara alternativ təklif edə bilər

Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Nazirliyin idarəsi məhkəmə qarşısında

“Qaçqınkom”un 685 minlik drenaj təmiri

İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər məsuliyyətə cəlb olundular - VİDEO

66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirildi

Bakıdakı hotellərin qiymətinin qalxması nə ilə əlaqəlidir? – Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin