BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7948
  • RUB
    1.7
  • TRY
    0.0488
  • GBP
    2.1672
61097

Orta məktəbi bitirdikdən sonra müxtəlif işlərdə işləyir. Hərbi xidməti başa vurandan sonra tikintidə, mühafizə sahəsində çalışır. Paraleldə uşaqlıq dostu ilə birlikdə onlayn səhifə açıb geyim alıb-satırlar. Satışdan əldə etdikləri gəliri yığıb zamanla bizneslərini böyüdürlər. Bu gün isə artıq yerli geyim məhsulları istehsalı ilə məşğuldurlar. Köynək, şalvar, gödəkçə, işçi geyimləri və s. məhsullar istehsal edirlər.

Valyuta.az-ın müsahibi Azərbaycanın yerli geyim istehsalçısı olan “Freres” geyimin və “Freres Group”un həmtəsisçisi Mövlan Abdullayevdir.

- Mövlan bəy, öz işinizi qurmağa necə başladınız?

- Orta məktəbi bitirəndən sonra müxtəlif işlərdə çalışdım. Sonra hərbi xidmətə getdim. Qayıtdıqdan sonra tikinti, mühafizə sahəsində çalışdım. Bu biznesi qurmağa isə dostum Nahid Babayevlə başladıq. 2021-ci noyabrın 21-də onlayn satış etmək qərarına gəldik. Hətta onda belə bir video çəkdik ki, gələcəkdə uğurlu olsaq, bu videoya baxıb sevinək, uğursuz olsaq, baxıb nəticə çıxaraq. Videonu çəkəndə saata baxdıq təsadüfdən saat 21:21 idi. İlk olaraq sərmayəsiz, sıfırdan bu işi qurmağa başlamışıq. Gündüzlər ikimiz də başqa yerdə işləyirdik, axşam da bu işlə məşğul olurduq. “Freres.az” adlı bir səhifə açmışdıq və bu səhifədə başqa yerlərdən geyimlər alıb, onlayn satırdıq. Eyni zamanda geyimlərin üzərinə yazılar yapışdıraraq müştərilərə onlayn xidmət göstərirdik. Başlayanda heç bir ailə, sponsor, maliyyə dəstəyimiz olmasa da, müəyyən müddət onlayn işləyəndən sonra yığdığımız pullarla işi böyütməyə başladıq.

- Nə qədər müddət onlayn satış oldu?  

- 2021-ci ilin noyabrından bir il, il yarım kimi onlayn satışlarla məşğul olduq. Sonrakı zamanlarda onlayn işləyə-işləyə kiçik bir ofis icarəyə götürdük. Bir müddət belə davam etdikdən sonra ötən ilin sentyabr ayında kiçik bir mağazaya keçdik. Burada həm məhsulları satırdıq, həm də aparatlarımızı almağa başladıq. Növbəti aylarda sexi açdıq və istehsala başladıq. İstehsaldan sonra da işlərin yaxşı getdiyini gördük və yeni mağaza açmaq qərarı verdik. Bu ilin sentyabrında isə daha böyük mağazaya köçdük. İrəliləyən zamanlarda daha iki mağaza və bir böyük topdan satış mərkəzini açmağı planlayırıq.

- Maraqlıdır, ilkin gəliriniz necə idi?

- Yeni başlayanda aylıq gəlirimiz 200-300 manat idi. Amma işimiz çox sürətlə böyüyürdü. Hər ay iki qat daha artıq pul qazanırdıq.

- Nə qədər müddət bu biznesi əsas işinizlə paralel apardınız?

- Bir ildən artıq gündüzlər 9-dan 6-ya kimi öz işimizdə işləyirdik. İşdən çıxandan sonra gecə 1-2-ə qədər bu işlə məşğul olurduq. Çünki gəlir o səviyyəyə gəlməli idi ki, artıq sırf biznesə fokuslana bilək.

- Həm başqa yerdə işlə, həm də işdən sonra öz biznesini qurmağa çalış. Bu sizin üçün çətin olmurdu?

- Təbii ki, çətinliklər çox olurdu, bir yerdən sonra yorulduğumuzu hiss edirdik. Hər gün o rejimlə işləmək elə də asan deyil. Amma bizim hədəflərimiz olduğu üçün daha da inamla işləyirdik. Çəkdiyimiz əziyyətlər bizə qarşımıza qoyduğumuz məqsədə çatmağa kömək edirdi. Biz bu işə ilk başlayan gündən qarşımıza öz markamızı yaratmaq, öz şirkətimizi qurmaq hədəflərini qoymuşduq. 

- Çox vaxt kimsə yeni işə başlayan zaman “Gəlirli iş olsaydı, başqası edərdi”, “Bu işdə uğur qazanmaq çətindir” kimi fikirlər səsləndirirlər. Siz bu kimi hallarla rastlaşmısınız?

- Biz bu işə başlayanda ətrafımızdakı insanlar uğursuz olacağını düşünürdü. Onlar nə qədər “Alınmayacaq”, “Azərbaycanda sıfırdan iş qurmaq mümkün deyil”, “İşdən çıxmayın, ortalıqda qalacaqsınız” desələr də, heç vaxt fikrimizdən yayınmadıq. Çünki qarşımıza qoyduğumuz bir məqsəd var idi. Mən elə fikirləşirəm ki, insan qarşısına məqsəd qoyursa, o məqsədə çatmaq üçün bütün çətinlikləri gözə almalı və həmin məqsədə çatmalıdır. 

- Ortaqlı biznes qurmağın tərəfdarı olanlar da var, əksini iddia edənlər də. Sizin bu fikrə yanaşmanız necədir? 

- Bu işə iki dost başlamışıq. Bundan sonra da bir yerdə davam etməyi düşünürəm. Hazırda işlərimiz gündən-günə böyüyür. Qarşıda hələ bizim yeni fikirlərimiz, idealarımız var ki, onlar Azərbaycanın geyim sektoruna yeniliklər gətirəcək.

Ortaqlığa yanaşmama gəlincə, düzdür, çox adam ortaqlı iş qurmağın və onu davam etdirməyin çətin olduğunu deyir. İki nəfər olanda bəzən fikir ayrılığı olur. Amma mən ortağımla uşaqlıqdan dostam, birimiz fikir bildirəndə digəri qəbul etməyi bacarır. Yeni iş görmək istəyən zaman həmin məsələni müzakirə edib, sonra qərar veririk. Ani qərarlar verməyi sevmirik, çünki bu zaman istər-istəməz insan yanıla bilir. 

- İstehsal etdiyiniz məhsullar üçün yerli xammaldan istifadə edirsiniz, yoxsa xaricdən alırsınız?

- Yerli xammaldan istifadə etmirik. Bizdə istehsal olunan məhsulların xammalı xarici ölkələrdən gəlir. Satdığımız geyimlər Türkiyə və Çindən gələn parçalardan hazılanır. Parçaların əksəriyyətini Türkiyədən alırıq. Amma onların üzərində istifadə etdiyimiz aksesuarlar, məsələn, düymələr, saplar və s. kimi məhsullar Çindən gəlir. Mağazamızda olan məhsulların 90 faizi bizim istehsaldır. Bəzi məhsullar var ki, pulqabı, kəmər kimi aksesuarlar da satırıq. Amma bunlar bizim istehsal deyil.

- Maraqlıdır, xammalı xaricdən alıb ölkədə istehsal etdiyiniz halda məhsulların maya dəyəri neçəyə başa gəlir?

 - Buna biznes sirri deyək (Gülür). Onu deyə bilərəm ki, maya dəyərinin üstünə maksimum 40 faiz gəlir qoyuruq. Digər mağazalarda satılan geyimlərin qiymətlərinin şişirdilmiş olmasına fikir verirəm. Bu, təbii ki hər kəsin öz işidir. Düşünürəm ki, qiymətlərin şişirdilmiş olmasının səbəbi sahibkarın çox gəlir əldə etmək istəyidir. Məsələn, sahibkar məhsulu alır, üzərinə 20-25 manat gəlir qoyur. Elə olmalı deyil, məhsulun maya dəyərinin üzərinə maksimum 35-40 faiz gəlir qoymaq lazımdır. Bu, sənin bütün icarə, işçi, vergi və s. xərclərini həll edir, kifayət qədər gəlir də qalır. Topdan sifarişlərdə isə üzərində 20 faiz gəlir qoymaq bəs edir. 

- İstehsal etdiyiniz geyimləri yalnız öz mağazanızda satırsınız? 

- Həm topdan, həm də pərakəndə satış həyata keçiririk. Digər mağazalara müvəqqəti olaraq məhsul satımırıq, amma yenidən başlamağı düşünürük. Çünki yeni planlarımız var və yaxın bir neçə ay ərzində yenidən mağazalara topdan malların satışına başlayacağıq. 

- Bəzi insanlarda yerli məhsulun keyfiyyətinə qarşı inamsızlıq var. Bu faktor sizin satışlara təsir edirmi?

- Bu, bizim satışlara çox ciddi təsir edir. Gün ərzində nə qədər müştəriyə Azərbaycan istehsal olduğunu deyəndə həmin məhsulu almır. Hansı ki, biz həmin müştərilərə Azərbaycan istehsalı olduğun deməsəydik, indikindən 2-3 dəfə artıq satış edərdik. Bu da mənə birbaşa olaraq sərf edir. Çünki mən sahibkaram və bu işi qurmaqda məqsəd odur ki, qazanc əldə edim. Amma bizim “Azərbaycan brendi” yaratmaq hədəfimiz var. Bu, həqiqətən çox çətindir. Bilmirəm, niyə bizim yerli məhsullara inanmırlar? Yəqin ki, bizdən qabaq olunan istehsallarda hansısa məhsullar pis kimi tanınıb deyədir. Amma son bir ildə biz bu işdə ciddi dəyişikliklər etməyə nail olmuşuq. Yerli məhsulun keyfiyyətinə olan inamsızlığa qalib gələ bilmişik. Məsələn, bir il əvvəl bu kimi hallarla çox rastlaşırdıq, indi isə insanlar həmin məhsulları aldıb, istifadə etdikcə keyfiyyətindən əmin olurlar.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qızılın qiyməti 2 750 dollara yaxınlaşıb

Abşeronun və Bakının bəzi qəsəbələrində qaz olmayacaq

Bank borcunu "sildirmək" neçəyədir?

Manat avro, rubl və lirə qarşısında gücləndi - Məzənnə

Daha çox qazanc əldə etmək üçün endirim etməyin yolları - SƏHƏR OXUSU

Daha çox qazanc əldə etmək üçün endirim etməyin yolları - SƏHƏR OXUSU

Mehriban Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi

Heydər Əliyevin vəfatından 21 il ötür

Bayden 14 milyard dollarlıq satışa mane olacaq

Almaniya Ukraynaya 37 milyard avro yardım edib - Avropada lider...

AYNA məhkəməlik oldu

2024-də turistlərin ən çox axtardığı ölkə və şəhərlər: Türkiyə liderdir

100 min dollardan çox illik maaş - Diplomsuz işçilərin ən çox qazana biləcəyi sahələr

Rusiyada ixtisaslı kadr çatışmazlığı 1,5 milyon nəfərə çatır

"Qərb Ulduzu" məhkəməyə verildi

"Nvidia" böhranı: Süni intellekt kriptovalyutalarında böyük itkilər

"Holcim" gömrük qaydalarını pozub

ABŞ-da inflyasiya göstəriciləri açıqlanıb

ABŞ-da inflyasiya göstəriciləri açıqlanıb

ABŞ-dan Çin və Rusiya şirkətlərinə qarşı yeni sanksiyalar

"Coca-Cola" və "Pepsi" uşaqlarda asılılıq yaradırmı? - Məhkəmə iddiası

Azərbaycanda əkilən tütün niyə daxili bazara yox, xarici bazara hesablanıb?

Türkiyədən "Meta"ya 11 milyonluq cərimə

Avropada yeddi süni intellekt fabriki qurulacaq - "Bloomberg"

Avropa Komissiyasının 2025-ci ildə 160 milyard avroluq planı - "Bloomberg"

Ən çox şikayət olunan avto-icbari sığorta şirkətləri - "Xalq Sığorta" birinci yerdə

"OPEC"in neft bazarında tarazlıq strategiyası

Bu şirkət nizamnamə kapitalını 1000 dəfə azaldır

"Kapital Bank"ın rəhbərliyində dəyişiklik olub

"TS Motors" məcburi auditdən yayınıb?

Ağstafanın həbsdə olan sabiq icra başçısının müavininin məhkəməsi təxirə salındı

Ağstafanın həbsdə olan sabiq icra başçısının müavininin məhkəməsi təxirə salındı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin