BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
38998

İndiyə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi vasitəsilə 6 763-dən çox əlilliyi olan şəxs işlə təmin edilib. Əslində, əlilliyi olan şəxslər içərisində işləmək istəyənlər çoxdur. Bəs Agentlik onlara necə köməklik edə bilir? Hansı işlərə yönəldir? Şirkətlərimiz əlilliyi olan şəxsləri işə qəbul etməkdə nə dərəcədə maraqlıdırlar? və s. kimi suallar yaranır.

Valyuta.az-ın suallarını Dövlət Məşğulluq Agentliyi sosial proqramlar şöbəsinin müdiri Vüqar İmanov cavablandırdı.

- Əlilliyi olan hansı şəxslər iş üçün müraciət edə bilərlər?

- Fiziki məhdudiyyətli insanlar, yəni əlilliyi olan şəxslər üçün məşğulluq, eləcə də özünüməşğulluq imkanlarının yaradılması aktiv məşğullluq tədbirlərinin əsas istiqamətlərindən biridir. Dövlət Məşğulluq Agentliyi tərəfindən məşğulluq tədbirlərinin icrası zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə (Şəhid ailəsi üzvlərinə, əlilliyi olan, habelə 18 yaşadək əlilliyi olan şəxslərə, 20 yaşadək gənclərə, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlərə, əlilliyi olan 18 yaşadək şəxsləri uşaqları tərbiyə edən valideynlərə, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərə və keçmiş məcburi köçkünlərə) üstünlük verilir.

Əmək qabiliyyəti olan hər bir şəxs Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinə cəlb olunmaq üçün müraciət edə bilər. Şəxslərin əmək qabiliyyətli olması barədə məlumat Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilən rəylərdə öz əksini tapır. O rəy həmin şəxslərin əmək zəmanətini əks etdirir. Bu halda vətəndaş iş üçün müraciət edə bilərlər.

- Əlilliyi olan şəxslərin işə qəbulunda hansısa fərdi yanaşma var, yoxsa prosedur eynidir?

- Hər hansı fərq olmur. Əlavə olaraq həmin şəxslər iş yerlərinə göndərilən zaman boş iş yerlərinin tələbləri nəzərə alınmaqla göndəriş formalaşdırılan zaman üstünlük hüququna malik olurlar. Yəni bir iş yerinə əlilliyi olmayan şəxs də uyğundur, əlilliyi olan da. Bu zaman üstünlük əlilliyi olan şəxsə verilir.

- Müraciət etdikdən sonra nə qədər müddətdə onların işlə təmin edilməsi mümkün olur?

- Şəxslərin işə qəbul müddəti işəgötürən və onların təqdim etdiyi vakansiyadan asılı olaraq dəyişə bilir. Əlilliyi olan şəxslərin işlə təminatında əsas çətinlik iş yerinin tələbi ilə (vakansiya tələbi) iş üçün müraciət edən şəxsin peşə kvalifikasiyasının üst-üstə düşməməsi halları olur. Situasiyalara görə işə qəbul müddəti dəyişə bilir.

- Bəzən əlilliyi olan şəxslər illərdir evdə qapanıq olurlar, onların iş təcrübələri olmur. Bu halda onların iş tapması nə dərəcədə mümkün olur?

- Vakansiya tələbləri işəgötürən tərəfindən formalaşdırılır. Bu səbəbdən həmin şəxslərin yaşları və təcrübələri nəzərə alınmaqla agentlik tərəfindən əmək bazarının tələbləri əsasında peşə hazırlıqlarına cəlb edilirlər. Bu da həmin şəxslərin işlə təmin edilməsinə və günümüzün tələblərinə uyğunlaşmasına köməklik göstərir.

- Bəs şirkətlərimiz əlilliyi olan şəxsləri işə götürməkdə nə dərəcədə maraqlıdırlar?

- Müəssisələr üçün kvota ilə yanaşı, əlliliyi olan şəxslərin işədüzəlməsində marağın artırılması məqsədilə işəgötürənlər üçün də bir sıra proqramlar var. Sosial iş yerləri üzrə üzrə əməkhaqqının bir hissəsinin maliyyələşdirməsi proqramını misal göstərmək olar ki, işəgötürənlər əlliliyi olan şəxsləri işə götürdüyü təqdirdə 3-12 ay müddətində işçinin əmək haqqı və əmək haqqına daxil olan sosial ödənişlərin 50%-i agentlik tərəfindən ödənilir.

Eyni zamanda gələcəkdə bir neçə yeni proqramlara da start veriləcək ki, bu da əlliliyi olan şəxslərin əmək bazarına qaytarılmasına köməklik göstərəcək.

- İşəgötürənlər üçün kvota sayı necə müəyyən edilir?

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli qərarı ilə “Sosial müdafiyəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası” təsdiq edilib. Bu qərarla “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununda əlilliyi olan şəxslər üçün işəgötürənlər üzərində kvota iş yerləri müəyyən edilir. Kvota anlayışı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işə düzəlməsi məqsədi ilə işəgötürənlər üçün müəyyən olunmuş iş yerlərinin (işçilərin) minimum sayıdır.

Müəssisələr üçün kvota müəyyən edilərkən və işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanarkən əlillərin işləməsi üçün müvafiq normativ aktlarla qadağan olunan istehsalat sahələrinin siyahıları nəzərə alınır.

- İşçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi (bir iş yerindən az olmamaqla) miqdarında; bu halda həmin iş yerlərindən biri əlilliyi olan şəxslər üçün nəzərdə tutulmaqla;

İşçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlilliyi olan şəxslər nəzərdə tutulmaqla);

İşçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2.5 faizi əlilliyi olan şəxslər üçün nəzərdə tutulmaqla).

- Müəssisə kvotaya əməl etmirsə...

- Kvotaya əməl etməyən müəssisələr qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Müəssisələr üçün müəyyən olunmuş iş yerlərinə işçilərin qəbul edilməsi şəhər, rayon məşğulluq mərkəzlərinin və ya “DOST” mərkəzlərinin göndərişi ilə həyata keçirilir. İnzibati Xətalar Məcəlləsinin 194-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş sosial müdafiyəyə xüsusi ehtiyacı olan, işə düzəlməkdə çətinlik çəkən şəxslərin onların kvota üzrə iş yerlərinə qəbul edilməməsinə görə 1500 manatdan 2000 min manatadək cərimə tətbiq edilir. Bu inzibati cərimələr işə götürən vəzifəli şəxsin əməkhaqqından və ya digər gəlirlərindən tutulur.

- Əlilliyi olan şəxslərə təklif edilən əməkhaqqı məbləğləri necə olur?

- Əmək haqqı məbləği vakansiyanın tələbinə görə işəgötürən tərəfindən formalaşdırıldığından əmək haqqları müxtəlif olur. Burada vəzifəyə və vətəndaşın təcrübəsinə görə əmək haqqı formalaşır.

- Sonra həmin şəxslərin karyerası izlənilirmi?

- Şəxslərin iş yerləri üzrə çalışıb-çalışmadığı mütəmadi olaraq aylıq əsaslarla izlənilir.

Aygün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BSU yarım milyona başa gələcək hansı tədbirləri keçirəcək?

Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

"Araş Estetik"dən maddi ziyan tələbi

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

"Azerstar" MMC-yə protokol tərtib olundu

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

İsveçrənin əksər şirkətləri Rusiya ilə işləməyə davam edir

Kosmik Cihazqayırma Təcrübi Zavodu məhkəmə qarşısında

Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi

İnşaat şirkətləri arasında lizinq qalmaqalı

Türkiyə-Azərbaycan biznes forumu başlayıb - FOTO

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

Hacı İbrahim Nehrəmlinin şirkətindən məhkəməyə şikayət

Bu yol təmirə bağlanır

Britaniya rus mülklərinin diplomatik statusunu ləğv edir

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır ®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin