İnsanların yarısı işdə süni intellektdən istifadə etdiyini etiraf etmir
Bütün dünyada süni intellektdən istifadənin artmasına baxmayaraq, hələ də bu texnologiyadan istifadə ilə bağlı açıq suallar qalır.
Araşdırmalara görə, masaarxası işləyən işçilərin 76 faizi vaxtlarını daha mənalı fəaliyyətlərə yönəldə bilmək üçün süni intellekt üzrə mütəxəssis olmaq istəyir.
Valyuta.az xəbər verir ki, Slack tərəfindən aparılan bu araşdırmada Fransa, Almaniya və Sorğuda İsveç kimi Avropa İttifaqı (Aİ) ölkələri də daxil olmaqla, dünya üzrə 17.000-dən çox işçi iştirak edib.
2023-cü ilin sentyabrından 2024-cü ilin avqustuna qədər süni intellektdən qlobal istifadə 20faizdən 36 faizə qədər artıb.
Fransada bu nisbət eyni dövrdə yüzdə 20-dən yüzdə 33-ə yüksəlib.
Sorğuda iştirak edən işçilərdən süni intellektin hansı ümumi iş tapşırıqları üçün uyğun olduğu soruşulub.
Onlar isə süni intellektin daha çox idarəetmədə, biznes layihələrində, innovativ və kreativ biznes ideyaların həyata keçirilməsində rol oynadığını qeyd edib.
Ondan istifadə edənlərin sayının artmasına baxmayaraq, süni intellekt ətrafında həyəcan da azalır, çünki işçilər süni intellekt vasitələrinin iş yüklərinin artmasına və daha sürətli tələblərə səbəb ola biləcəyindən narahatdırlar.
Slack Workforce Lab-ın rəhbəri Kristina Janzer deyib ki, bu vəziyyət rəhbərlərə “məhsuldarlıq” dedikdə nəyi nəzərdə tutduqlarını yenidən müəyyənləşdirməyə və işçilərə işlərinin təkcə kəmiyyətini deyil, keyfiyyətini də artırmağa imkan verir.
İşçilər iş yerində süni intellektdən açıq şəkildə istifadə edirlərmi?
Masabaşı işləyən işçilərin təxminən 50 faizi menecerlərinə işdə ümumi tapşırıqlar üçün süni intellektdən istifadə etdiklərini etiraf etməkdən narahatdırlar.
Bu narahatlığın ən əhəmiyyətli səbəbləri arasında süni zəkadan istifadənin aldatma olduğunu düşünmək, daha az bacarıqlı kimi qəbul edilmək və tənbəl kimi görünmək qorxusu daxildir.
İsveçdə işçilərin 86 faizi həmkarlarına mesaj yazmaq üçün süni intellektdən istifadə etdiklərini açıqlamaqdan narahatdırlar.
Fransada işçilərin 65 faizi eyni fikirdə olduğu halda, İtaliyada bu nisbət yüzdə 61, İspaniyada 62, Almaniyada isə 58 faizə enir.
Süni intellektdən istifadə ilə bağlı narahatlığa baxmayaraq, hər dörd işçidən üçü süni intellektə sahib olan işəgötürənlərə üstünlük verdiklərini deyir. Bundan əlavə, təxminən beşdə ikisi süni intellekt alətləri təmin edən və onlardan istifadəni təşviq edən şirkətlərdə işləməyə üstünlük verəcəklərini söylədi.
Bu tendensiyanın sürətlənəcəyi gözlənilir, çünki ilk dəfə işləyən insanlar süni intellektin iş axtarışı prosesində çox vacib olduğunu düşünür.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay