BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
45435

2023-cü ildə AFFA-ya daxil olan vəsait müəyyənləşib.

Valyuta.az xəbər verir ki, bu barədə qurumun açıqladığı hesabatda bildirilib.

Milli assosiasiyaya ümumilikdə 35 milyon 617 min 445 manat daxil olub. Bunlardan 13 milyon manatı SOCAR-dan (maliyyə dəstəyi), 6 milyon 475 min 873 manatı eyni təşkilatdan (Qrant müqavilə), 4 milyon 854 min 178 manatı UEFA-dan, 4 milyon 667 min 364 manatı milli komandanın yayım hüquqi gəlirindən, 3 milyon 277 min 600 manatı FIFA-dan, 1 milyon 180 min manatı "Liv Bona Dea"dan, 1 milyon 180 min manatı Məlhəm Beynəlxalq Hospitaldan, 236 min manatı "Rabitəbank"dan, 118 min manatı "Paşa Sığorta"dan, 628 min 430 min manatı digər qurumlardan verilib.

Qurumun ümumi xərcləri 27 milyon 957 min 622 manatdır. Milli komandalar üçün xərclənən vasaitlər 12 milyon 806 min 378 manat, əməkhaqqı və ezamiyyə xərcləri 4 milyon 503 min 450 manat, qızlardan və oğlanlardan ibarət U-10-dan başlayaraq U-19-a qədər liqaların təşkili, Region Liqası və digər turnirlərin keçirilməsi xərcləri 1 milyon 978 min 885 manat, Hakimlər və Hakim-İnspektorlara 3 milyon 783 min 469 manat, təsərrüfat xərcləri 685 min 548 manat, oyunların təşkili 785 min 117 manat, aviabilet və hotel xərcləri 335 min 869 manat, nəqliyyat xərcləri 229 min 973 manat, kommunal və rabitə xərcləri 170 min 370 manat, təhsil üçün 161 min 786 manat, Marketinq və Sponsorluq Departamentinə 273 min 64 manat, “Elit Məşq” Layihəsinə 408 min 97 manat, “Futbol Dərsi” Layihəsi 54 min 30 manat, VAR layihəsinin tətbiq olunması 1 milyon 100 min 429 manat, digər xərclər 681 min 157 manat təşkil edib.

AFFA-nın xərclər bölgüsündə yeni investisiyalar və infrastruktura aid xərclər nəzərdə tutulmayıb. Klublarımızın Çempionlar Liqası və Avropa Liqası oyunlarına təyinat alan UEFA nümayəndələrinin, hakim və hakim-inspektorların qarşılanması xərcləri də həmin məbləğə daxildir. SOCAR və AFFA arasında bağlanan 18 avqust 2022-ci il tarixli və 20 iyul 2023-cü il tarixli maliyyə yardımı müqavilələrinə əsasən 2022/2023 və 2023/2024 futbol mövsümləri üzrə milli komandaların saxlanılmasına, Region

Liqası və Region Liqası oyunlarının keçirilməsinə və VAR Layihəsinə ayrılan maliyyə vəsaiti adıçəkilən kriteriyalar üzrə müvafiq qaydada xərclənib.

UEFA-nın 2023-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait müəyyənləşib. Avropa futbol qurumu ümumilikdə klublarımıza 23 milyon 222 min 116 manat ödəyib.

Bunlardan 15 milyon 197 min 96 manatı "Qarabağ"a, 2 milyon 196 min 52 manatı "Neftçi"yə, 1 milyon 951 min 89 manatı "Sabah"a, 1 milyon 587 min 66 manatı "Qəbələ"yə, 696 min 264 manatı "Zirə"yə, 569 min 991 manatı "Sumqayıt"a, 515 min 674 manatı "Şamaxı"ya, 508 min 884 manatı "Səbail"ə verilib.

Qeyd edək ki, klubların Çempionlar Liqası və Avropa Liqasında çıxışı ilə əlaqədar və digər layihələrə görə UEFA tərəfindən ayrılan maliyyə vəsaitləri AFFA-nın hesabına və müvafiq olaraq milli assosiasiya tərəfindən klubların hesabına köçürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdırmı?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin