BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
45357

İtaliyanın paytaxtı Romada yerləşən "La Fontana di Trevi" (Trevi Fəvvarəsi) bəlkə də dünyanın ən məşhur fəvvarəsi hesab olunur.

Valyuta.az xəbər verir ki, "Piazza di Trevi" meydanındakı barokko üslubundakı fəvvarə əvvəlcə Bernini tərəfindən Papa XII Klemens üçün dizayn edilib. Ancaq memar Nikola Salvi tərəfindən dizayn edildikdən 50 il sonra yenidən tikilib. Tikinti 1732-ci ildən 1762-ci ilə qədər davam edib. Fəvvarənin şöhrəti qismən "La Dolce Vita" (1960), "Angels and Demons" (2009), "Lizzie McGuire" (2003) kimi filmlərdən sonra yüksəlib.

Təxminən 30 metr hündürlüyündə  olan Trevi Fəvvarəsi Palazzo Poli binasının arxa tərəfində tikilib. Fəvvarədə tağın altında mərkəzdə iki qanadlı at və tritonlar (dənizin gənc tanrıları) tərəfindən araba ilə dənizə çəkilən dəniz tanrısı Neptunun heykəli dayanır. Atlardan biri sakit və itaətkar, digəri gurultuludur. Onlar dənizin dəyişən dalğalarını simvollaşdırırlar. Neptunun sol (Filippo della Valle tərəfindən hazırlanıb) tərəfindəki heykəl bolluğu, sağdakı isə sağlamlığı təmsil edir. "La Fontana di Trevi" "tre via" (üç yol) adından götürülüb. Çünki əvvəllər fəvvarənin yerində üç yol birləşirdi.

Fəvvarəni məşhur edən səbəblərdən biri də hər dəfə minlərlə insanın oradan keçərkən suya sikkələr atmasıdır. Ümumiyyətlə şəhərə səyahət zamanı "La Fontana di Trevi"yə sikkə atmaq ənənədir. Oraya sikkə atmağın qaydası da var. Belə ki, arzularınızın gerçəkləşməsini istəyirsinizsə, gözlərinizi yumaraq sikkəni sağ əlinizlə sol çiyninizin üstündən suya atırsınız. Rəvayətə görə, pulu suya atan adam bir gün yenidən Romaya qayıdır. İki sikkə atmısınızsa, sevginizi məhz bu şəhərdə tapacaqsınız. Evlənmək və ya boşanmaq istəyənlər isə fəvvarəyə üç sikkə atmalıdır.

Roma bələdiyyəsi hər həftə "La Fontana di Trevi"ni təmizləyir və gəlirin böyük bir hissəsini - illik 1,4 milyon avronu yoxsul ailələrə kömək edən xeyriyyə təşkilatına bağışlayır.

İtalyanca "La Fontana di Trevi" kimi tanınan Trevi Fəvvarəsi Roma şəhərinin mərkəzində, Trevi rayonundakı "Piazza di Trevi"də, üç küçənin - Via delle Muratte, Via dei Crociferi və Via Polinin qovşağında yerləşir. Dünyanın ən məşhur fəvvarələrindən biri sayılır və möhtəşəm barokko üslubu, həmçinin digər mifik fiqurlarla əhatə olunmuş Roma dəniz tanrısı Neptunun simvolik heykəli ilə tanınır.

Ziyarətçilərin əksəriyyəti fəvvarəyə sikkələri yenidən Romaya qayıtmaq arzusu ilə atırlar. Fəvvarəyə ictimai nəqliyyat vasitəsilə asanlıqla getmək mümkündür.  Barberini metro stansiyasından 500 metr məsafədə yerləşir. 

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin