BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
44093

ABŞ-ın Florida ştatında şarları qəsdən havaya buraxmaq tezliklə qeyri-qanuni ola bilər.

Valyuta.az xəbər verir ki, hələ 2023-cü ildə verilən təklifə əsasən şarları bilərəkdən havaya buraxmaq və bunu təşkil etmək qanunsuz hesab olunacaq. Bu cür hərəkətlər qanunla ətraf mühiti çirkləndirmək, zibilləmək kimi qəbul edilsə də, cinayət tərkibi yaratmayacaq. Qanun pozuntusuna yol verənlər 150 dollar məbləğində cərimələnəcək. Bunun 50 dolları Bərk Məişət Tullantılarının İdarə Edilməsi Etimad Fondunun qrant proqramına yatırılacaq. Altı yaşlı və daha kiçik uşaqlar qanundan azad ediləcəklər.

Elmi və ya meteoroloji məqsədlər üçün istifadə olunan şarların havaya buraxılmasına isə icazə veriləcək. Digər tərəfdən, qanun layihəsi Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyasının qaydalarında bioloji parçalana bilən şarlar üçün əvvəlki istisnanı da aradan qaldıracaq.  Yeni qanun tısbağaların, delfinlərin, quşların və digər vəhşi heyvanların ətrafa düşən hava şarlarını yeməsi ya da onlara dolaşması təhlükəsindən qorumaq səylərinin bir hissəsidir. ABŞ Balıq və Vəhşi Təbiət Xidmətinin məlumatına görə, şarlar, xüsusən də uzun məsafələrə uça bilən heliumla doldurulmuş hava balonlarının heyvanları şikəst etdiyi və öldürdüyü uzun müddətdir məlumdur. Həmçinin heyvanlar onları qida kimi qəbul edir.  Ancaq heyvanın mədəsi həmin maddəni həzm edə bilmir, bu da heyvanın tox qalmasına səbəb olur və onun qidalanmasının qarşısını alır.  Nəticədə heyvan yavaş-yavaş aclıqdan ölür. Şarlara bağlanan iplər də quşların boğazına dolana, onları boğa və ya bəzən aclıqdan ölənə qədər bir nöqtəyə bağlaya bilər. 

Floridadan başqa Arizona, Kaliforniya, Konnektikut, Kentukki, Men, Merilend, Tennessi və Virciniya ştatları da hava şarlarının havaya buraxılmasına məhdudiyyətlər qoyub.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin