
Bakının pərakəndə ticarətdə ən çox gəlir əldə edən rayonları - Siyahı
2023-cü ilin yanvar-sentyabr aylarında Bakıda pərakəndə ticarət şəbəkələrində 23 milyard 671.8 milyon manatlıq məhsul satılıb.
Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.8% çoxdur..
Qeyd edək ki, bu dövrdə Bakıda pərakəndə ticarət şəbəkələrində 13 milyard 886,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9 milyard 785,4 milyon manatlıq isə qeyri-ərzaq məhsulları satılıb.
Əlavə edək ki, Paytaxtın pərakəndə ticarət dövriyyəsinin ən çox olduğu rayonlar Nəsimi, Nizami və Sabunçu, ən az olduğu rayonlar isə Suraxanı, Xəzər, Pirallahıdır.
Bakının Rayonları |
Ticarət dövriyyəsi min. manat |
Nəsimi |
3 340 993,3 |
Nizami |
2 784 752,3 |
Sabunçu |
2 715 268,5 |
Xətai |
2 615 395,2 |
Qaradağ |
2 439 191,7 |
Nərimanov |
2 339 620,9 |
Yasamal |
2 025 970,9 |
Səbail |
1 864 766,1 |
Binəqədi |
1 842 117,7 |
Suraxanı |
1 013 758,4 |
Xəzər |
679 903,4 |
Pirallahı |
10 041 |
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay