BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
17213

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2021-ci ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 14 milyard 650,3 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 9 milyard 259,1 milyon dollar, idxalın dəyəri 5 milyard 391,2 milyon dollar təşkil edib.

Valyuta.az rəsmi mənbələrə istinadən xəbər verir ki, bunun nəticəsində 3 milyard 867,9 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə bu il xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 24,7 faiz artıb, real ifadədə isə 7,7 faiz, o cümlədən idxal 11,1 faiz, ixrac 5,2 faiz azalıb. 

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 87,6 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Gürcüstan, Hindistan, Ukrayna, İspaniya, İsrail, Birləşmiş Krallıq, Portuqaliya, ABŞ, Xorvatiya, Tunis, İran, Belarus, İsveçrə, Tailand, Kanada və Fransa ilə aparılmış  ticarət əməliyyatlarının payına düşüb.

Qeyd edək ki, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri tərəfindən dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirilib, 100 ölkəyə məhsul ixrac olunub və 161 ölkədən idxal olunub.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,1 faizi Rusiyanın, 15,2 faizi Türkiyənin, 12,9 faizi Çinin, 6,3 faizi Almaniyanın, 4,3 faizi ABŞ-ın, 4,1 faizi Ukraynanın, 4,0 faizi İtaliyanın, 3,4 faizi İranın, 2,5 faizi Birləşmiş Krallığın, 2,1 faizi Yaponiyanın, 2,0 faizi Koreyanın, 1,7 faizi Fransanın, 1,6 faizi Braziliyanın, 1,5 faizi Hindistanın, hər biri 1,1 faiz olmaqla Belarus, Polşa və Vyetnamın, hər biri 0,9 faiz olmaqla Niderland və İsveçrənin, 16,2 faizi isə digər ölkələrin payına düşüb.

Ömər Vəzirli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin