BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7502
  • RUB
    1.6626
  • TRY
    0.0481
  • GBP
    2.09
63005

Milyarder investor Mark Cuban bir daha “Bitcoin”ə olan dəstəyini ifadə edərək bu kriptovalyutanın xüsusilə iqtisadi geriləmə dövrlərində qızıldan daha üstün olduğunu vurğulayıb.

Valyuta.az-ın verdiyi xəbərə görə, Cuban yaxın zamanda "Wired" nəşrinə verdiyi müsahibədə “Bitcoin”in həm dəyər saxlayıcısı, həm də funksional bir pul vahidi olaraq, iqtisadi qeyri-müəyyənlik zamanı təqdim etdiyi üstünlüklərə diqqət çəkib.

O, “Bitcoin”i qızıla bənzədərək, investorların hər iki aktivə "təhlükəsiz liman" kimi yanaşdığını bildirib. Bununla yanaşı, “Bitcoin”in qızıl ilə müqayisədə daha çox üstünlük təqdim etdiyini vurğulayıb.

Cuban bu barədə belə deyib: “Qızıla olan maraq zinət əşyalarının təklif və tələbinə əsaslanmır. İnsanlar onu iqtisadiyyatın pisləşməsi və ya xoşagəlməz bir vəziyyətin yaranması halında seçim kimi görür.”

O, Bitcoin-in qızılın müasir bir versiyası kimi qəbul edildiyini və bu fikrə qatıldığını qeyd edib. Qızıl uzun müddət inflyasiyaya qarşı qoruma və bazar qeyri-sabitliyi zamanı sığınacaq kimi qəbul edilib.

Cuban-ın bu açıqlamaları “Bitcoin”in ənənəvi olaraq qızılın doldurduğu etibarlı dəyər saxlayıcısı rolu ilə bağlı artan təsəvvürlərə diqqət çəkir. Qızıldan fərqli olaraq “Bitcoin” həm də pul vahidi kimi funksionaldır və kiçik həcmli əməliyyatları daha səmərəli şəkildə həyata keçirə bilir.

Bununla yanaşı, Cuban etiraf edib ki, qızıl və “Bitcoin” investorlarının əksəriyyəti iqtisadi çöküşə hazırlaşmır. Onun sözlərinə görə, qızıl əsasən bazar dalğalanmaları zamanı səhmlər və istiqrazlardan fərqli davranış nümayiş etdirdiyi üçün portfellərə əlavə edilir.

Digər tərəfdən, “Bitcoin” daha riskli aktiv olaraq qəbul edilir. Onun dəyəri, birja ilə bərabər hərəkət etmək meyli göstərir, lakin bu zaman daha yüksək dəyişkənlik müşahidə olunur.

Bütün bu məqamlara baxmayaraq, Cuban “Bitcoin”in potensialı ilə bağlı nikbinliyini qoruyur. O, "Wired" nəşrinə verdiyi müsahibədə bu fikrini belə ifadə edib:

“Qiymətinin həqiqətən yüksəlməsini istədiyim qədər “Bitcoin”ə sahibəm”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Magistraturaya qəbul elan edildi

“Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO®

Dünyanın ən güclü orduları açıqlandı: Azərbaycan Ermənistanı 31 pillə qabaqlayır

“Azər-Türk Bank”ın rəhbərliyi nə qədər qazanır? - Məbləğ

“Azər-Türk Bank”ın rəhbərliyi nə qədər qazanır? - Məbləğ

İranın paytaxtının köçürülməsi 37 milyard dollara başa gələ bilər

Maliyyə Nazirliyinə hazırda o rəhbərlik edir: Üç müavin vəzifəsi boşdur

İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi 47 maddədən ibarətdir

“Azəristiliktəchizat” auditor axtarır - Bu qədər ödəniləcək

Bu halda övladlar ata-analarına aliment ödəməlidirlər

Qaydalar təsdiq olundu - Bu şəxslər ayda 400 manat alacaq

Qaydalar təsdiq olundu - Bu şəxslər ayda 400 manat alacaq

“Bitcoin” 94 min dollara düşüb - Son bir həftədə 5%-dən çox ucuzlaşma

Efiopiya birjası yarım əsrdən sonra yenidən açılıb

2025-ci ildə satışa çıxarılacaq qapaqlı və qatlanan telefonları açıqlanıb

Milyarder seçimini açıqladı - “Bitcoin”, yoxsa qızıl?

Çinlə ABŞ arasında ötən il 688 milyard dollarlıq ticarət dövriyyəsi olub

İsrail Azərbaycana yeni səfir təyin edib

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Avro və lirə ucuzlaşdı - Məzənnə

Lüks saatların tənəzzülü və "Z nəsli"nin nostalji dəbi - SƏHƏR OXUSU

"Dönər Partiyası" - Seçkiöncəsi Almaniyanın ən dadlı partiyası

"Apple" rəhbərlərinin 2024-cü il gəlirləri

Rusiya 4 günlük iş modelinə hazırlaşır

"Starbucks" və "McDonald's"ın satışlarında boykot təsiri

"Macy’s"nin yeni strategiyası və bağlanan onlarla mağaza - "CNN"

ABŞ və Britaniya Rusiyanın neft sənayesinə qarşı sanksiyaları sərtləşdirir - "BBC"

Qalmaqallı iş adamı yenidən gündəm oldu: Yarım milyonluq dələduzluq

"Bitcoin"in Salvador üçün böyük faydaları - Hesabat

92 milyon insan peşəsi üzrə işsiz qalacaq

Heç getmədiyi qəsəbəyə 10 milyon avro miras qoydu - "Tibervil"in əhvalatı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin