BAKU Azərbaycan
1.03°C
  • USD
    1.7
  • EUR
    1.7647
  • RUB
    1.7571
  • TRY
    0.0472
  • GBP
    2.1127
62996

Çərşənbə axşamı "Facebook" və "Instagram"dakı son dəyişiklikləri elan edərkən, M.Zukerberq İsveçrənin "Greubel Forsey" brendinə məxsus 900 min dollarlıq (740 min funt sterlinq) saat taxıb.

Valyuta.Az "The Guardian"a istinadla xəbər verir ki, ağ qızıldan, əl işçiliyi ilə hazırlanan bu saatlardan hər il yalnız üç ədəd istehsal edilir. Bu saat, Zukerberqin böyüməkdə kolleksiyasına əlavə olunub. Kolleksiyada həmçinin "Patek Philippe" brendindən 1.2 milyon dollarlıq qızıl saat və dünyanın ən nazik saatı yer alır.  

Ancaq altı rəqəmli qiymətə malik belə bir aksesuar yalnız texnologiya milyarderləri üçün əlçatan olsa da, Zukerberq yeni bir meyli dəstəkləyir: mexaniki qol saatlarının və köhnə model rəqəmsal saatların geri dönüşü. Bu trend əsasən 1997–2012-ci illər arasında doğulan "Z nəsli" tərəfindən irəli aparılır. Bu nəsildən olan bir çox gənc heç vaxt qol saatı taxmayıb və vaxtı izləmək üçün əsasən smartfonlarından istifadə edir.  

"Depop" adlı ikinci əl moda platformasının nümayəndəsi deyib: "Bu qədər qeyri-müəyyənliyin ortasında klassik və nostaljik hiss yaradan daha sadə, ənənəvi estetikaya doğru bir hərəkət görürük."

 Platforma, son bir ay ərzində saatlar üçün axtarışların 34% artdığını bildirib. "Dünyanın böyük bir hissəsi telefonlarına yapışıb yaşadığı halda, analoq saat həm dəbdəbəni, həm də funksionallığı birləşdirən klassik və nostaljik bir cazibə yaradır."  

"Apple" 2015-ci ildə ilk ağıllı saatını təqdim edəndə İsveçrə saat sənayesinin tamamilə məhv ediləcəyi iddia edilirdi. Ancaq bu saatların 10-cu ildönümünə yaxınlaşdıqca, ağıllı saatların satışları azalmağa başlayıb və onlar köhnə model saatlarla əvəz olunur.  

"TikTok"da istifadəçilər ən sevdikləri brendləri və üslubları nümayiş etdirir. Beş rəqəmli "başlanğıc səviyyəli" "Rolex" modellərindən, 60 funt sterlinq civarında qiymətə malik "Casio"nun klassik metal "A168" modelinə qədər hər şey platformada geniş yayılıb. 42 il əvvəl "Swatch" öz rəngarəng plastik korpusları və aşağı qiymətləri ilə İsveçrə saat bazarını sarsıtdıqdan sonra, bu retro brend indi "Omega" ilə davam edən əməkdaşlıq sayəsində "hypebeast"lər tərəfindən dəstəklənir. 2022-ci ildə məhdud sayda buraxılmış "MoonSwatch" seriyasının ilk satışında mağazalar qarşısında izdihamı idarə etmək üçün çevik polis cəlb edilmişdi. Bu seriyanın ən son buraxılışı bir neçə dəqiqə ərzində satılıb və təkrar satış platformalarında orijinal qiymətindən 20 dəfə baha təklif edilir.  

Qol saatları "qırmızı xalça"da da öz yerini tapır

Lüks qol saatı səfiri olmaq, Hollivudda ən gəlirli rollardan biri sayılır. Son "Qızıl Qlobus" mükafatlandırma mərasimində Nikol Kidman kürəksiz "Balenciaga" libasını 1920-ci illərə aid "Omega" brendinin almazlarla bəzədilmiş vintaj qol saatı ilə tamamlayıb.

Mişel Yeo isə "Richard Mille"dən zəncirvari üslubda bir saat taxıb. Aktyor Pol Meskal isə kiçik "Cartier Tank" qol saatı ilə görüntülənib.  

İsveçrə saatlarının qlobal satıcısı olan "Watches of Switzerland Group"un qlobal satınalma üzrə icraçı direktoru Erik Makar bildirir ki, "Z nəsli" müştəriləri İsveçrədə istehsal olunmuş saatlara, tanınmış brend adlarına və dayanıqlılıq xüsusiyyətlərinə üstünlük verir. O deyir: “Gənc nəsil adətən saat kolleksiyası yaratma yolunun başlanğıcında olur, ilk və ya ikinci alışını edir və diqqətini 5 min funt sterlinqdən aşağı qiymətli saatlara yönəldir.”  

Əlbəttə, qol saatları bir növ status göstəricisi kimi qəbul edilir və sahibinin kimliyi haqqında çox şey deyir. Bu, "Industry" kimi seriallarda da əks olunur. Burada "Pierpoint" treyderi Rişi Ramdani ilk kompensasiya paketi ilə "Rolex" alır. Fransanın prezidenti Emmanuel Makron bir televiziya müsahibəsi zamanı lüks qol saatını çıxarması ilə diqqət çəkmişdi. Böyük Britaniyanın sabiq baş naziri Rişi Sunak "Rolex" və "Chopard"dan vintaj saatlara üstünlük verirdi, Keir Starmer isə "Tissot"un rezin qayışlı qol saatını taxır.  

İndi isə maliyyə dünyasının ən üst səviyyəsində belə bəzi şəxslərin lüks brendlərdən imtina edib daha təvazökar saatlara üstünlük verdiyi müşahidə edilir. 

"Casio" şirkətinin məzmun və kampaniya meneceri Uorren Halliwell bildirir ki, son üç il ərzində şirkətə maraq kəskin şəkildə artıb. 1946-cı ildə Tokioda yaradılmış və saatlarını 6 funt sterlinqdən başlayan qiymətlərlə satan bu brend, "Microsoft" milyarderi Bill Geytsdən tutmuş reper Tayler the Creatora qədər bir çox məşhurları müştəri siyahısında görür.  

Halliwell qeyd edir ki, brend hazırda var-dövlətin açıq-aşkar nümayişinə qarşı çıxan "Z nəsli" üçün cazibədardır. “Onlar bahalı əşyalar taxmaq ideyasını rədd edirlər,” deyir Halliwell. “Onlar, ‘mənim sizdən daha çox pulum var’ deyən bir şeydən çox, sadə bir şey istəyirlər.”  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xərcləyirik, sonra ödəyə bilmirik

"Meta" dünya miqyasında ixtisarlara hazırlaşır

"Porsche"nin çətin günləri: azalan satışlar, gəlirlər, istefalar...

Dəyişkən iş qrafiki nəyi dəyişəcək?

"UNB" - "Beynəlxalq ehtiyatlar 43,003 milyard $ təşkil edir"

İnsanlar quzu əti çox yeyir, heyvanlar artmır - Rəsmi

Türkiyənin Şərqi Anadoludakı gözəlliklərini kəşf edin - Fotolar

Əmtəəlik qaz istehsalı 2,3 milyard kubmetr artıb

Analitiklərin 5 texnologiya nəhəngi haqqındakı proqnozları

Səs vasitəsilə emosiyaları tanıya bilən yeni süni intellekt modeli yaradıldı

Beynəlxalq şirkətin Bakı ofisinin direktoru evində ölü tapıldı

300 illik "Stradivari" skripkası hərracda 11,3 milyon dollara satıldı

300 illik "Stradivari" skripkası hərracda 11,3 milyon dollara satıldı

“Bakı Metropoliteni”ndə yeni təyinat

"Pinterest" tarixində ilk dəfə bu qədər gəlir əldə etdi - Hesabat

Qar yağacaq, yollar buz bağlayacaq

Elektromobillərdə şüalanma problemi

ABŞ-dən İrana yeni neft sanksiyaları

Azərbaycanda qatarların sürət həddi endirildi

Neftimizin qiyməti ucuzlaşıb

Fitch: Bu il SOCAR-ın əməliyyat mənfəəti 3,3 milyard dolları keçəcək

Dənizdə dalğanın hündürlüyü 5.8 metrə çatıb - FAKTİKİ HAVA

DİN-dən xəbərdarlıq: Süni intellekt vasitəsilə çağırışlar yayılır, ehtiyatlı olun!

Milli Depozit Mərkəzinin əməkdaşları üçün 50 minlik sığorta

Almaniyanın Ukraynaya yardımı 44 milyard avroya çatıb

Dünya bazarlarında neft yenidən bahalaşıb

İnvestisiya növləri və risklərin qiymətləndirilməsi - SƏHƏR OXUSU

“BS İnşaat” 1500 manat cərimələndi

Məhkəmə bu şirkət barəsindəki protokolu ləğv etdi

"Vvooden Equipments Sales" MMC hansı qaydaları pozub?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin