Analitik: “Bu ay “Bitcoin” üçün enişli-çıxışlı olacaq"
“Bitcoin” yeni həftəyə yüksəlişlə başlayıb və qiyməti 99 min dolları keçib. “Bitcoin”də yüksəlişin davam edəcəyi, 99 800 dolları keçəcəyi və yenidən 100 000 dollara yüksələcəyi gözlənilir.
Valyuta.az-ın verdiyi xəbərə görə, bununla belə, kriptovalyuta analizi şirkəti “10x Research”ın qurucusu Markus Thielen bildirib ki, ayın sonunda Trampın vəzifəyə başlaması ilə “Bitcoin”dəki bu yüksəliş zəifləyə bilər. O, deyib ki, “Bitcoin” və kriptovalyuta bazarı yanvar ayından müsbət başlayandan sonra ay ərzində dalğalanacaq.
Bununla yanaşı, analitik yanvarın 15-də açıqlanacaq ABŞ İstehlak Qiymətləri İndeksi (CPI) məlumatlarından əvvəl “Bitcoin”in azalacağını və Trampın 20 Yanvarda vəzifəyə başlamasından sonra mitinq yaşayacağını gözlədiyini bildirdi. Lakin analitikin fikrincə, bu yüksəliş sürəti qısamüddətli olacaq və ABŞ Federal Açıq Bazar Komitəsinin (FOMC) yanvarın 29-da keçiriləcək iclasına qədər sürət azala bilər.
Thielen FED qərarlarının 2025-ci ildə “Bitcoin”in yüksəlişinin arxasında duran əsas risk olduğunu ifadə edib:
“Biz bu il inflyasiyanın əvvəlki ilə nisbətən daha aşağı olacağını gözləyirik, lakin FED-in inflyasiyadakı bu dəyişikliyi qəbul etməsi və faiz dərəcələrinin endirilməsi şəklində cavab verməsi bir qədər vaxt apara bilər”.
Markus Thielen onu da əlavə edib ki, o, yanvar ayının sonuna qədər “Bitcoin”in 97.000 - 98.000 dollar aralığında olacağını gözləyir.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay