2025-də “Bitcoin”, “Ethereum” və “Solana” neçəyə olacaq? - “Bitwise”dən proqnoz
İnvestisiya şirkəti “Bitwise” analitikləri “Bitcoin” və kriptovalyuta bazarı üçün 2025-ci il üçün qiymət proqnozlarını paylaşıblar.
“Valyuta.az” xəbər verir ki, “Bitwise Asset Management” 2025-ci il üçün “Bitcoin” və digər kriptovalyutaların qiymət proqnozlarını açıqlayıb. Şirkətə görə, “Bitcoin” 200 min dollar, “Ethereum” 7 min dollar, “Solana” isə 750 dollar səviyyəsinə çata bilər.
Bundan əlavə, “Bitwise” kriptovalyuta bazarını formalaşdıracağı gözlənilən bir sıra əsas tendensiyalar haqqında məlumat verib. Bunlara aşağıdakılar daxildir:
“Bitcoin” ETF-lərinin üstünlük təşkil etməsi: 2025-ci ildə “Bitcoin” ETF-lərinin kapital axınında əhəmiyyətli artım qeydə alınacağı gözlənilir.
“Coinbase”in yüksəlişi: “Bitwise” proqnozlaşdırır ki, “Coinbase” “Charles Schwab”ı ötərək dünyanın ən dəyərli brokerinə çevriləcək. Şirkətin səhmlərinin qiymətinin 700 dolları keçəcəyi, həmçinin “Coinbase”in “S&P 500”ə qoşulacağı və “MicroStrategy”nin “Nasdaq-100” indeksinə daxil olacağı ehtimal edilir.
“Kripto IPO-ları İli”: Ən azı beş kriptovalyuta şirkətinin ABŞ-da IPO keçirəcəyi və bu ilin blokçeyn əsaslı şirkətlər üçün əsas il olacağı gözlənilir.
Süni intellekt və memecoinlər: Süni intellekt tərəfindən yaradılan tokenlər memecoin dalğasına yeni təkan verəcək.
Qlobal “Bitcoin” qəbulu: “Bitcoin” saxlayan ölkələrin sayının iki dəfə artacağı və onun dominant ehtiyat aktivi rolunun möhkəmlənəcəyi proqnozlaşdırılır.
401(k) kripto inteqrasiyası: ABŞ Əmək Departamentinin pensiya planlarında kriptovalyutaya icazə verməsi ilə bu sahəyə milyardlarla dollar axını gözlənilir.
Stabilkoinlərin artımı: ABŞ-da stabilkoin qanunvericiliyinin qəbulundan sonra onların ümumi dəyərinin iki dəfə artaraq 400 milyard dollara çatacağı bildirilir.
Tokenləşdirilmiş real dünya aktivləri: Blokçeyn texnologiyasının ənənəvi maliyyə ilə inteqrasiyası nəticəsində tokenləşdirilmiş aktivlərin dəyəri 50 milyard dollardan çox artacaq.
“Bitwise” 2029-cu ilə qədər “Bitcoin”in qızılın 18 trilyon dollarlıq bazar dəyərini keçəcəyini və hər bir “Bitcoin”in 1 milyon dollardan çox dəyərə malik olacağını proqnozlaşdırır.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay