Stabilkoin inqilabı: "Ripple" rəsmi olaraq təsdiqləndi
Dörd ildir davam edən hüquqi mübarizədən sonra "Ripple" ilkin qərarda böyük ölçüdə qələbə qazanıb və indi növbəti uğurları üçün mübarizə aparır.
Valyuta.az xəbər verir ki, ABŞ-ın ən böyük kriptovalyuta təşəbbüslərindən biri olan "Ripple" artıq 2,2 milyard dollarlıq maliyyə dəyəri ilə Tramp administrasiyası dövründə daha sərbəst fəaliyyət göstərə biləcək. Lakin qarşıda daha böyük hədəflər dayanır.
"Ripple" (XRP) ilə bağlı yeni inkişaflar
"Ripple" ödəniş şəbəkəsi olaraq əsas məqsədlərindən biri olan yerli stabilkoin buraxılışı üçün mühüm mərhələyə çatdı. Şirkət stabilkoin emissiyası ilə bağlı məhv etmə və transfer kimi müxtəlif testlər həyata keçirib. Lakin rəsmi istifadəyə başlamaq üçün lazımi təsdiqlər indiyə qədər tamamlanmamışdı.
Həm təşkilatlara, həm də fərdlərə xidmət göstərməyi hədəfləyən "Ripple" artıq "RLUSD" adlı stabilkoinini bazara çıxarmaq üçün Nyu-York Ştatının Maliyyə Xidmətləri Departamentindən təsdiq alıb.
Bu təsdiq "Ripple"a stabilkoinlərini qanunlara uyğun şəkildə və hüquqi problemlərlə üzləşmədən istifadəyə verməyə imkan yaradacaq. Bundan əlavə, "XRP Ledger"in istifadəsinin genişlənməsi "XRP" koininin qiymətinə dəstək verə bilər.
Məlumata görə, ümumi bazar enişinə baxmayaraq, bu xəbərdən sonra "XRP" koinin qiyməti təxminən 5 faiz artıb.
Tramp administrasiyasının dəstəklədiyi yeni kriptovalyuta dövründə, "Ripple" kimi hüquqi problemlərlə üzləşən digər şirkətləri də daha parlaq günlər gözləyir.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay