BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7948
  • RUB
    1.7
  • TRY
    0.0488
  • GBP
    2.1672
61169

Kriptovalyuta bazarında maraqla gözlənilən səsvermə gecə, Bakı vaxtı ilə saat 20:00-da başa çatıb. Valyuta.Az xəbər verir ki, nəticələrə görə, "Microsoft" səhmdarları şirkətin "Bitcoin"ə sərmayə qoymaq ilə bağlı təklifinə razılıq verməyiblər.

Gözləntilər də təklifin rədd edilməsi yönündə idi. Proqnoz bazarlarında təklifin qəbul edilmə ehtimalı cəmi 12 faiz olaraq göstərilirdi. Həmin təklif oktyabr ayında "Milli İctimai Siyasət Araşdırma Mərkəzi" adlı düşüncə mərkəzi tərəfindən təqdim edilmişdi. Mərkəz, "Microsoft"un inflyasiyadan qorunmaq üçün ümumi aktivlərinin 1%-ni "Bitcoin"ə ayırmalı olduğunu təklif etmişdi.

Digər tərəfdən, "Microsoft"un idarə heyəti isə bu təklifin əleyhinə səs verilməsini tövsiyə etmişdi.

Təxminən 80 milyard dollar nağd vəsaitə malik olan texnologiya nəhənginin "Bitcoin"ə sərmayə qoyması üçün "MicroStrategy"nin idarə heyəti sədri Maykl Saylor (Michael Saylor) da təşəbbüs göstərmişdi. Saylor, "Microsoft"un idarə heyətinə üç dəqiqəlik təqdimat keçirmiş və şirkətin tamamilə Bitcoin strategiyasına keçməsinin ona trilyonlarla dollar qazandıracağını iddia etmişdi.

"Microsoft"un idarə heyətində kriptovalyutalara yaxın şəxslər olsa da, onların sayı kifayət qədər deyil. Belə şəxslərdən biri "LinkedIn"in qurucusu və Bitcoin haqqında müsbət fikirləri ilə tanınan Reyd Hoffman (Reid Hoffman) idi.

"Microsoft"un qurucusu və iri səhmdarlarından biri olan Bill Qeyts (Bill Gates) isə Bitcoin-ə qarşı mövqeyi ilə tanınır. Qeyts 2021-ci ildə verdiyi açıqlamada Bitcoin üçün sərf olunan enerjinin ətraf mühiti mənfi təsirləndirdiyini bildirmişdi.

Səhmdarların qərarı Bitcoin-in qiymətində düşüşə səbəb olub. Ən populyar kriptovalyuta qərardan sonra 94 600 dollar səviyyələrinə qədər geriləyib.

Aydın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"AzerGold"un sədri və müavinləri dövlət şirkətindən nə qədər qazanır? - RƏQƏMLƏR

"AzerGold"un sədri və müavinləri dövlət şirkətindən nə qədər qazanır? - RƏQƏMLƏR

"Apple" və "Broadcom"un yeni əməkdaşlığı - "The Information"

Xankəndidə 5,2 milyon nizamnamə kapitalı ilə yeni şirkət yaradılıb

"Neptun" külli miqdarda borcunu ödəmir

Bəzi məktəblər niyə birləşdirilir?

Davos İqtisadi Forumunun növbəti qlobal araşdırması dərc olunub - "Bloomberg"

Davos İqtisadi Forumunun növbəti qlobal araşdırması dərc olunub - "Bloomberg"

Azərbaycanda tibbi kadrların vahid idarəetməsi ilə bağlı sənəd hazırlanıb

Mərkəzi Bank investisiya şirkətinin lisenziyasını ləğv etdi

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata nar satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Texnologiya nəhənglərinin "Nasdaq" birjasına təsiri - "Reuters"

ABŞ-da milyarder olan türkiyəli çobanın uğur hekayəsi

ABŞ-da milyarder olan türkiyəli çobanın uğur hekayəsi

Milyonlarla “YouTube” videoçarxları dublyaj ediləcək

"Zara"nın sahibi gözləntiləri qarşılaya bilmədi - "Reuters"

OMV şirkəti "Qazprom"la 2040-cı ilə qədər qüvvədə olan müqaviləyə xitam verdi

Ev almaq istəyənlərin nəzərinə! - Qiymətlər bahalaşacaq

Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi

İki ən böyük birja fondunun yarım milyardlıq "Ethereum" alışı

İki ən böyük birja fondunun yarım milyardlıq "Ethereum" alışı

Son günlər metroda nə baş verir? - Video

ABŞ-nin büdcə kəsirində 64%-lik artım - Hesabat

“Aztelekom”da yeni təyinat

Daşkəsəndə küləyin sürəti saniyədə 23 metrə çatıb - FAKTİKİ HAVA

Mask tarixdə sərvəti 400 milyardı keçən ilk şəxs oldu

Mask tarixdə sərvəti 400 milyardı keçən ilk şəxs oldu

Azərbaycan nefti ardıcıl üç gündür bahalaşır

Qızılın qiyməti 2 750 dollara yaxınlaşıb

Abşeronun və Bakının bəzi qəsəbələrində qaz olmayacaq

Bank borcunu "sildirmək" neçəyədir?

Manat avro, rubl və lirə qarşısında gücləndi - Məzənnə

Daha çox qazanc əldə etmək üçün endirim etməyin yolları - SƏHƏR OXUSU

Daha çox qazanc əldə etmək üçün endirim etməyin yolları - SƏHƏR OXUSU

Mehriban Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin