"Bitcoin" investorlarının diqqətinə: Maykl Saylor işarə verdi
Balansında 400 mindən çox "BTC" saxlayan və "Bitcoin" alımlarına fasilə vermədən davam edən "MicroStrategy"nin idarə heyətinin sədri Maykl Saylor, şəxsi "X" hesabından yeni bir "Bitcoin" alışı ilə bağlı məlumat paylaşacağını işarə edib.
Valyuta.Az-ın verdiyi xəbərə görə, bu açıqlamadan sonra "Bitcoin"in qiyməti yenidən 100 min dollar həddini keçib və alınacaq "BTC" miqdarı böyük maraq doğurub. "MicroStrategy" ötən həftə 15 min 400, ondan əvvəlki həftə isə 55 min 500 "BTC" alışı edib. Şirkət yalnız son üç həftədə ümumilikdə 120 mindən çox "BTC" alıb.
Still too much blue on //t.co/Bx3917zeAK. pic.twitter.com/Ag6uhXUyqD
— Michael Saylor⚡️ (@saylor) December 8, 2024
Şirkətin növbəti alışı, əvvəlki həftələrdə olduğu kimi, bu gün yerli vaxtla saat 16:05-də açıqlanacağı gözlənilir.
Saylor-un "Bitcoin" strategiyası
"MicroStrategy" "Bitcoin" alışlarını sürətlə davam etdirərkən əsas sual onun bu kriptovalyuta ilə bağlı strategiyasının nə olduğu ilə bağlıdır. Maykl Saylor, bu suala əvvəlki günlərdə aydın cavab verib: daha çox "Bitcoin" almaq. "Yahoo Finance"ə verdiyi müsahibəsində Saylor strategiyasının sadə olduğunu bildirərək əldə edə bildiyi qədər "Bitcoin" almağı hədəflədiyini deyib.
"Son dörd ildir hər gün deyirəm: 'Bitcoin' alın və satmayın. Daha çox 'Bitcoin' alacağam. Həmişə ən yüksək qiymətdən 'Bitcoin' almağa davam edəcəyəm," - deyə o qeyd edib.
Bu strategiya indiyədək həm Maykl Saylor, həm də "MicroStrategy" üçün böyük gəlirlər qazandırıb. Şirkət "Bitcoin"dən təxminən 28 milyard dollar kağız üzərində mənfəət əldə edib, şirkətin səhmləri isə rekord səviyyələrə çatıb. Şirkətin səhmlərinin qiyməti son həftələrdə 500 dollara yaxınlaşdığı zaman "MicroStrategy"nin bazar dəyəri 100 milyard dolları keçmişdi. Halbuki ötən il bu rəqəm 2 milyard dollardan az idi.
Valyuta.Az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay